Aktyor Məmmədkamal Kazımovın anım günüdür.




Məmmədkamal Allahqulu oğlu Kazımov Bakıda anadan olub. Onun sənət aləminə gəlişi Akademik Milli Dram Teatrında Adil İsgəndərovun rəhbərlik etdiyi dərnəyə üzvlükdən başlayıb. O zaman Adil İsgəndərov ona baxaraq: “Gözlərindən cin yağır, bunda böyük aktyorluq istedadı var” deyib. 1944-cü ildə Dram Teatrına işə qəbul olunub. Burada çalışdığı illərdə teatrın nəzdindəki studiyada oxuyub. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu, həmçinin rejissorluq fakültələrində təhsil alıb. Dram Teatrından başqa Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Tənqid Təbliğ Teatrında, Əhli-Beyt Teatrında tamaşalara quruluş verib. Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub (1983-1988). Xətai adına Mədəniyət Sarayında S.Vurğun adına Xalq Teatrının təşkilatçısı, Azərbaycan Mədəniyyət Fondunun “Sönməyən ulduzlar” Teatrının baş rejissoru olub. Ömrünün son 15 ilini Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə həsr edib. Əməkdar mədəniyyət işçisi (1978) Məmmədkamal Kazımov 2005-ci ildə vəfat edib.

Filmoqrafiya:
Bir cənub şəhərində (1969, tammetrajlı bədii film) – aktyor (çəkməçi Davud)
Ad günü (1977, tammetrajlı bədii film) – aktyor (satıcı)
Yol əhvalatı (1980, tammetrajlı bədii film) – aktyor (Şəmsi)
Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (kəndli)
Dəvətnamə (1989, qısametrajlı bədii film) – aktyor (Xasay)
Qətl günü (1990, tammetrajlı bədii film) – aktyor (vəzir)
Şahid qız (1990, tammetrajlı bədii film) – aktyor (zavodun işçisi)
Qəzəlxan (1991, tammetrajlı bədii film) – aktyor (çayçıdakı adam)
O dünyadan salam (1991, tammetrajlı bədii film) – aktyor
Ac həriflər (1993, tammetrajlı film-tamaşa) – aktyor (Səlman, meyxana deyən)
Mənim ağ şəhərim (1993, tammetrajlı bədii film) – aktyor (tramvay sürücüsü)
Köpək (1994, tammetrajlı bədii film) – aktyor
Qara Volqa (1994, tammetrajlı bədii film) – aktyor (Səlimzadənin atası)
Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – filmi səsləndirən (kənd sakini)
Ümid (II) (1995, tammetrajlı bədii film) – aktyor (qoca kişi)
Özgə vaxt (1996, tammetrajlı bədii film) – aktyor
“Qaynana” əməliyyatı (1999, tammetrajlı film-tamaşa) – aktyor (şəhər sakini)
Bağdada putyovka var... (2000, tammetrajlı film-tamaşa) – aktyor (Qürbətin iş yoldaşı)
Mən sənin dayınam (2001, tammetrajlı film-tamaşa) – aktyor
Yuxu (2001, tammetrajlı bədii film) – aktyor (qəsəbə sakini)
Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – aktyor (Fiş)
Qeybdən gələn səs (2002, tammetrajlı film-tamaşa) – aktyor (tənqidçi)
Almas Yıldırım (2004, qısametrajlı sənədli televiziya filmi) – aktyor (Abdullayev)
Məkanın melodiyası (2004, tammetrajlı bədii film) – aktyor (çəkməçi)
Sonuncu şahid (2004, bədii serial) – aktyor (qoca)
Biri getdi, qaldı üçü... (????, qısametrajlı bədii film) – aktyor (baba)
Allah rəhmət eləsin

Hiç yorum yok:

Yorum Gönder

Pages