aktyor Məlik Dadaşоvun anım günüdür.




Məlik Yusif oğlu Dadaşov Bakıda anadan olub. Neft sənayeçisi olan atası Nobellə birlikdə işləyib. Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini davam etdirmək məqsədilə Moskva Konservatoriyasına daxil olmağı qərara alıb. Lakin müharibənin başlaması bu arzusunu yarıda qoyub. Müharibədə kontuziya alıb. 1943-cü ildə müalicəsini başa çatdıraraq hərbi hissələrdə musiqiçi kimi xidmət göstərib. Ordudan tərxis olunduqdan sonra Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. Bir müddət sonra yeni açılmış Zaqatala Dövlət Teatrına (1944-1945), oradan da Şəmkir Rayon Teatrına (1945-1946) göndərilib. Azərbaycan Teatr İnstitutunda təhsil alıb (1947-1951, Adil İsgəndərovun kursu). Eyni zamanda Filarmoniyanın mahnı və rəqs ansamblına rəqqas kimi daxil olub (1947-1949). 1950-ci ildən Dram Teatrında çalışıb. Səhnədə ilk rolu “Məlikməmməd” tamaşasında Sirac olub. Bir müddət Rus Dram Teatrında işləyib (1989-1991). Teatr rejissorluğu sahəsində də özünü sınayıb və “Nişanlı qız” tamaşasını səhnəyə qoyub. Xarici film istehsalçılarının “Təyyarələr enmədi” (1963, rejissor Zahid Sabitov / Özbəkistan) filmində Yəhya rolunda, “Dmitri Kantemir” (1973, rejissorlar Vladimir İoviça, Vitali Kalaşnikov / Moldova) filmində vəzir Baltaçı Mehmed Paşa rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində Xamis rolunda çəkilib. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib. Xalq artisti (1974), Dövlət mükafatı laureatı Məlik Dadaşov 1996-cı ildə vəfat edib.
Aktyor Məlik Dadaşov aktrisa Sofiya Hüseynovanın həyat yoldaşı olub.
Aktyor Məlik Dadaşov aktyor Rafael Dadaşovun atasıdır.
Aktyor Məlik Dadaşov aktyor Salman Dadaşovun qardaşıdır.

Filmoqrafiya:
Fətəli xan (1947, tammetrajlı bədii film) – aktyor (Sərdar), filmi səsləndirən (Əmir Həmzə-İsmayıl Əfəndiyev)
Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – aktyor (Nazif)
Mahnı belə yaranır (1957, tammetrajlı bədii film) – aktyor (Orzubadi)
Bir qalanın sirri (1959, tammetrajlı bədii film) – aktyor (dərviş)
Koroğlu (1960, tammetrajlı bədii film) – aktyor (Bolu bəy)
Bizim küçə (1961, tammetrajlı bədii film) – aktyor (Karl)
Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – aktyor (döyüşçü)
Böyük dayaq (1962, tammetrajlı bədii film) – filmi səsləndirən (lal Hüseyn-Qədirağa Əzimov)
Kimi daha çox sevirik – Cazibə qüvvəsi (1964, tammetrajlı bədii film, kinoalmanax) – aktyor (Məmmədov)
Ulduz (1964, tammetrajlı bədii film) – filmi səsləndirən (Möhsün-Hacıbaba Bağırov)
Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – filmi səsləndirən (rus zabit)
İyirmialtılar (1966, tammetrajlı bədii film) – aktyor (Məşədi Əzizbəyov)
İstintaq davam edir (1966, tammetrajlı bədii film) – filmi səsləndirən (rus alim)
Dağlarda döyüş (1967, tammetrajlı bədii film) – aktyor (sərhəd pozan)
İnsan məskən salır (1967, tammetrajlı bədii film) – filmi səsləndirən
Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – aktyor (Nağıyev)
Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (Molla Sadıq)
Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – aktyor (Qəmlo)
Ulduzlar sönmür (1971, tammetrajlı bədii film) – aktyor (general Mehmandarov)
Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – aktyor (Əbdül)
Mezozoy əhvalatı (1976, tammetrajlı bədii film) – aktyor (Bədirov)
De ki, məni sevirsən! (1977, tammetrajlı bədii film) – aktyor (milis podpolkovniki)
Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – aktyor (Salman)
Evin kişisi (1978, tammetrajlı bədii film) – aktyor (Sahibov)
Yarımçıq qalmış mahnı (1979, tammetrajlı bədii film) – aktyor (filarmoniyanın direktoru)
Atayevlər ailəsi (1980, tammetrajlı film-tamaşa) – aktyor (Xosrov Atayev)
Gözlə məni (1980, tammetrajlı bədii film) – aktyor (Cabbar bəy)
Birisigün, gecəyarısı... (1981, tammetrajlı bədii film) – aktyor (Nəriman Nərimanov)
Ağlar-güləyən (1988, qısametrajlı sənədli film) – aktyor
Gənc qadının kişisi (1988, tammetrajlı bədii film) – aktyor (Arif)
Yaramaz (1988, tammetrajlı bədii film) – aktyor (molla)
O dünyadan salam (1991, tammetrajlı bədii film) – aktyor (Şeyx Nəsrullah)
Fəryad (1993, tammetrajlı bədii film) – aktyor (Armen Xaçaturyan)
Təhminə (1993, tammetrajlı bədii film) – aktyor (Murtuz)
Kiçik leytenant (1996, qısametrajlı bədii film) – aktyor (general)
Xalqlar dostluğu muzeyi (1997, tammetrajlı bədii film) – aktyor
Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – aktyor (müstəntiq)
Hacı Qara (IV) (2002, tammetrajlı bədii film) – aktyor (Ohan Yüzbaşı)

Hiç yorum yok:

Yorum Gönder

Pages