Şəfiqə Qasım qızı Qasımova Bakıda anadan olub. Kiçik yaşlarında valideynlərini itirib, nənəsi tərəfindən böyüdülüb. 14 yaşında Maestro Niyazinin bədii rəhbəri olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlayıb (1939-1940). Həm Azərbaycan, həm də rus bölməsində oxuyub. Gözəl səsə malik olduğundan Üzeyir Hacıbəyov onu Filarmoniyanın xor kapellasına dəvət edib. Cahangir Cahangirovun bədii rəhbəri olduğu Filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, "Sazçı qızlar" ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləyib (1940-1942). İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunub və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrının xor truppasına dəvət edilib. Bir çox operalarda bir cox partiyaları ifa edib. 1956-cı ildən yenidən Musiqili Komediya Teatrında işləməyə başlayıb. Şəmsi Bədəlbəylinin bədii rəhbəri olduğu və yenidən açılan teatra ilk gələn aktrisalardan olub. Bu teatr ilk açılışına məhz Şəfiqə Qasımovanın baş rolu ifa etdiyi "Durna" operettası ilə başlayıb. 1986-cı ilə qədər burada çalışıb. 1994-cü ildən Mədəniyyət Fondunun "Solmayan ulduzlar" kollektivinə dəvət edilib. Əməkdar artist (1960) Şəfiqə Qasımova 2008-ci ildə vəfat edib.
Filmoqrafiya:
Görüş (1955, tammetrajlı bədii film) – aktrisa (pambıqçı)
Ögey ana (1958, tammetrajlı bədii film) – aktrisa (Zeynəb)
Arşın mal alan (III) (1965, tammetrajlı bədii film) – musiqi ifaçısı
Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – aktrisa
Vulkana doğru (1976-1977, bədii serial) – aktrisa
Zəncirbənd (1989, tammetrajlı film-tamaşa) – aktrisa (Çimnaz)
Milli bomba (2003, tammetrajlı bədii film) – aktrisa
Məkanın melodiyası (2004, tammetrajlı bədii film) – aktrisa
Qafqaz (2006, tammetrajlı bədii film) – aktrisa
Təlatüm (2006, tammetrajlı bədii film) – aktrisa (Kamilin anası)
Yoxlama (2006, bədii serial) – aktrisa
Hiç yorum yok:
Yorum Gönder