Bakının məşhur bazarlarından biri olan "8-ci kilometr bazarı"nın ətrafında, Nizami rayonu? Naxçıvanski küçəsi boyunca qanunsuz aparılan ticarətə qadağa qoyulması ilə bağlı narazılıqlar davam edir.
Panoram.az pravda.az-a istinadla xəbər verir ki, sözügedən ərazidə anti-sanitar vəziyyət yaradan satış yerlərinin yığışdırılması bir tərəfdən müsbət addım olsa da, pərakəndə satışla məşğul olan satıcıların çoxu işsiz qalmalarından şikayətlənirlər.
Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Cavid Qafarov məsələnin aqibətinin necə olacağı barədə Pravda.az-ın suallarını cavablandırıb.
RİH nümayəndəsi bildirib ki, ərazidə və "8-ci kilometr bazarı"nın ətrafında küçə ticarəti ilə məşğul olan şəxslərin hər birinə bazar daxilində yerlər təklif olunub:
“Təkliflə razılaşanlar da var, etiraz edənlər, narazılıqlarını bildirənlər də var. Faktiki olaraq onlara deyilib ki, xidmətinizi davam etdirmək istəyirsinizsə, yaxın ərazidə olan bazarlarda yerlə təmin ediləcəksiniz, sizə müəyyən güzəştlər ediləcək, bir neçə aylıq ödənişdən azad olunacaqsınız”.
Hiç yorum yok:
Yorum Gönder