7 dekabr Şəhid baş leytenant Kamran Kazımovun doğum günüdür.




 Vətən müharibəsinin qəhraman döyüşcülərindən biri  şəhid- baş leytenat  Kamran Kazımov yaşasaydı  dekabr ayının 7-də  34 yaşı olacaqdı. 

 Kazımov Kamran Qurbanəli oğlu 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda hərbici ailəsində  anadan olmuşdur.  Onun atası-ehtiyatda olan Qurbanəli Kazımov 1992-ci ildən 2013-cü ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Nərmanov və Lənkaran rayonlarında,Gəncə şəhərində,Daxili Qoşunların Baş İdarəsində  müxtəlif vəzifələrdə xidmət etmişdir. 

1992-ci ilin iyul ayından ailəi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. 

Kamran Kazımov 1997-2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil almışdır. Ailəli və 2 övlad atası idi.


2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 

Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başlayıb və xidmətini Daxili Qoşunların  hərbi hissələrinin birində  davam etdirmişdir.

2012-2014 -cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil almış və ona "leytenant" hərbi rütbəsi verilmişdir. 

2014-cü ildən Daxili Qoşunların sıralarında müxtəlif vəzifələrdə xidmət etmişdir. 

2018-ci ilin iyul ayından Din-in  Daxili Qoşunların hərbi hissələrinin birində Xüsusi Təyinatlı Dəstədə Qrup Komandiri vəzifəsində xidmət etmişdir. 

2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olmuşdur.

Azərbaycan Respubilkasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Kamran Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənib, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Kazımov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olmuşdur. Oktyabr ayının 6-da II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Kazımov "Qarabağ" ordeni ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Kazımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.

Şəhid baş leytenat Kazımov Kamran Qurbanəli oğlu 44 günlük Vətən müharibəsində şəhid olan qəhramanlarmızdandır.

“Şəhid atası baş  ucalığıdır”,-deyən hörmətli veteranmız-ehtiyatda olan polkovnik leytenat Qurbanəli Kazımov qeyd etdiyi kimi, Kamran indi təkcə onun yox, həmdə Vətənin övladıdır.

 “Vətən uğrunda qəhramancasına  həlak olmuş  Kamran kimi, iğid övladlarmızın əziz xatirəsi  qədirbilən xalqmızın qəlbində əbədi yaşayacaq, Allah bütün Şəhidlərmizə rəhmət eləsin!”.

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev









Hiç yorum yok:

Yorum Gönder

Pages