24 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Müharibə veteranı olmuş- baş leytenat Eyvaz Səlimovun vəfatından 2 il ötür.
Qeyd edək ki, ömrünü gününü Vətənin bütövlüy ünə,xalqmızın xoş gələcəyinə həsr etmiş,hər kəs vətənin xoşbəxt vətəndaşıdır. Belə vətən təəssübü çəkən oğlanlardan biridə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların hərbi hissələrində şərəfli hərbi xidmət yolu keçmiş, baş - leytenant Səlimov Eyvaz Əlirza oğlu idi. O, 1964 - cü ilin may ayının 19 - da Azərbaycan Respu blikasının İsmayıllı rayonunun Mingə kəndində zəhmətkeş bir ailədə anadan olumuşdur.2022-ci ilin dekabr ayın 24- də Bakı şəhərində vəfat etmiş, İsmayılı rayonunun Mingə kəndində isə dəfn edilmişdir.
Vətənə, dövlətə, xalqa sədaqətlə ximət etmiş,daimi həyatın bütün cətinliklərdən üzüağ və alınıaçıq çıxan,xalqına, ailəsinə bağlı gözəl insan Eyvaz Səlimov 1981 - ci ildə İsmayıllı rayonun Mingə kənd orta məktəbini, 1986 - cı ildə Bakı Poltexnik Texnikomunu, 1997 - ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən tədris mərkəzində ixtisas artırma kursunu bitrmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim - metodiki toplanışlar da, müvafiq kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfrans larda fəal iştirak etmişdir.
Əsil vətəndaşlıq mövqeyi ilə secilən, xeyirxah insan olmuş, baş- leytenant Eyvaz Səlimov 1983 -1985 ci illərdə Sovet Ordusunun Kemero va Vilayətinin Belovo şəhərində yerləşən hərbi hissələrində birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1986 - 1987 - ci illərdə təynatla Dağıstan Respublikasında Qa ynaq üzrə mühəndis konstruktor, 1988 - 1991 - ci illərdə isə Azərbaycan Quraş dırma idarəsində qaynaqçı vəzifəsində işləmişdir.
Əhatəsində olan insanların döyüşcü və iş yoldaşlarının hörmətiniqazanan,dostlarına,iş yoldaş larına və yaxın qohumlarına isti münasibətdə olmuş Eyvaz Səlimov 1992- 1998- ci illərdə Daxili Qoşunların Nərmanov rayonunda yerləşən alayında qarovul rəisi, əlahiddə təminat komandiri, xüsusi təynatlı taqım komandiri, böluk komandiri və alayın əşya xidməti rəisi vəzifələrində xidmət etmişdir.
Baş- leytenant Eyvaz Səlimov "Hərbi xidmətkeçmə haq qında" əsasnamənin v) bəndinə əsasən xəstəliyə görə ( 2 - ci qrup hərbi əlil kimi) Azərbaycan Respublikası Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq yaradan məhrum Eyvaz Səlimov, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin müahizə olunmasında,şəhərdə,.yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntə qələrində kütləvi iğtşaşların qarşısının alınmasında, cinay ətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərər sizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsin dən layiqincə gəlmişdir.
Azərbaycan Reslubi lkasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranı idi.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir cox fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlmış və Eyvaz Səlimova təşəkkür elan edilmişdir
Hal-hazırda haqq dünyasında olan Eyvaz Səlimovun əziz ruhu onu tanyanlar tərəf indən daimi hörmətlə xatırlanır və yad edilir.Belə vicdanlı oğuları ilə tanınır vətən!
Allah rəhmət eləsin, məkanı cənnət olsun. Amin!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder