22 dekabr Sovet İttifaqı Qəhrəmanı Mehti Hüseynzadənin doğum günüdür .

Azərbaycan Respublikasının Silah Qüvvələri və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev 

22 dekabr Sovet İttifaqı  Qəhrəmanı Mehti Hüseynzadənin anadan olmasından 106 ötür.

Ümummilli lider Heydər ƏLİYEV:
"Azərbaycan xalqının igid oğlu, adı dillər əzbəri olan partizan-kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıda ucaldılmış abidəsi Vətənimizi qorumaq üçün canından keçmiş qəhrəmanlara ümumxalq hörmət və məhəbbətinin parlaq ifadəsidir."

“Son nəfəsimədək vuruşacam, ölsəm də qəhrəmantək öləcəm”

 "Mehdi Hüseynzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır.  Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir".
... İkinci Dünya müharibəsinin həlledici məqamlarından hesab olunan Qərbi Avropanın antifaşist müqavimət hərəkatında "Mixaylo" kimi tanınan qeyri-adi döyüş bacarığı nümayiş etdirən cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin adı doğma Vətəni Azərbaycandan çox-çox uzaqlardakı ölkələri dolaşdı. O, Avstriyanın, Fransanın, İtaliyanın, Yuqoslaviyanın  göylərində sönməyən əbədi parlaq ulduza döndü. Mehdinin doğulduğu Bakı şəhəri uğrunda döyüşdüyü bu ölkələrdə faşist  Adolf Hitlerin göz dikdiyi neft Bakısı kimi tanınırdı. Qəhrəman Mehdi Vətənin hüdudlarından kənarda çex, slovak, polyak, yuqoslav, fransız, italyan partizan yoldaşlarına doğma Azərbaycandan, canı qədər sevdiyi Bakıdan və mavi Xəzərdən danışar, müharibə qurtardıqdan sonra birlikdə Bakıya getməyi arzulayardı, Adriatik dənizinin Xəzər dənizinə çox bənzədiyini deyərdi...
22 dekabr 1918-ci ildə Bakıda dünyaya göz açmışdı Mehdi Hənifə oğlu Hüseynzadə. Yeri gəlmişkən qeyd edək ki, onun vaxtilə yaşadığı ev "Nizami" metro stansiyasının yaxınlığındadı. Evin önünə qəhrəmanın xatirə lövhəsi vurulub. Kiçik yaşlarında atasını itirən Mehdi əvvəl anasının, sonra bibisinin himayəsində böyümüşdü. 1925-ci ildə 77 saylı yeddi illik məktəbə (hazırda 19 saylı məktəb) daxil olur. İlk müəllimləri görkəmli yazıçı Süleyman Sani Axundovdan və respublikanın xalq artisti, tanınmış bəstəkar Səid Rüstəmov olub. Gənc yaşlarından rəsmə, musiqiyə böyük həvəs göstərən Mehdi yeddi illik məktəbi bitirdikdən sonra təhsilini Bakı rəssamlıq texnikumunda davam etdirir. Zəhmətkeşliyi, elmə, təhsilə möhkəm bağlılığı ilə yaxınlarının, müəllim və tələbələrin dərin hörmətini qazanır. O, axşamlar evdə idarələrdən,  kitabxanalardan, nəşriyyatlardan aldığı sifarişləri yerinə yetirər, plakatlar çəkər, şüarlar yazardı. Mehdi Hüseynzadənin gənclik dostu, sənətşünaslıq doktoru Mürsəl Nəcəfov xatirələrində yazır ki, Mehdinin müəllimlərə və tələbə yoldaşlarına münasibəti çox səmimi idi. “O, nümunəvi tələbə, yaxşı yoldaş və fəal ictimaiyyətçi idi. Hələ tələbə ikən bir sıra əsərlərin, o cümlədən şair Abdulla Faruqun "Döyüş yollarında" kitabının bədii tərtibatını vermişdi."
Poeziya vurğunu olan Mehdi Azərbaycan klassik ədəbiyyatını daima mütaliə edər, Ömər Xəyyamın, Molla Pənah Vaqifin, Hüseyn Cavidin şeirlərini əzbərləyərdi.
Beləcə, günlər keçir... Gənc yaşlarından əməyə alışan Mehdi ailənin qayğısını çəkməklə bərabər, təhsilini Moskvada davam etdirməyi qarşısına məqsəd qoymuşdu.
1936-cı ilin yayında Rəssamlıq Akademiyasında oxumaq üçün  Moskvaya gedir, lakin istəyinə çata bilmir. Növbəti ildə Leninqrad Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olur. Tələbəlik həyatı başlayır. Burada da müəllimlərinin, tələbə yoldaşlarının sevimlisinə çevrilir. Dördüncü kursda oxuyan Mehdi təhsilini Bakıda davam etdirmək üçün Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna keçirilir. Onu Vətənə çəkən Azərbaycan poeziyasına və Azərbaycan ədəbiyyatına olan böyük məhəbbəti idi. İstər Xarici Dillər İnstitutunda, istər ədəbiyyat fakültəsində oxuyanda da  rəssam kimi də sənətini davam etdirirdi.

1941-ci il iyunun 22-si... İnsanlığa, bəşəriyyətə qənim kəsilən Hitler faşizminin Sovetlər İttifaqına xaincəsinə hücumunun başladığı gün. "Ana Vətən çağırır!", "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarları Mehdinin də qəlbini titrədir. Minlərlə həmyaşıdı kimi o da könüllü olaraq cəbhəyə yazılır. Üçüncü kurs tələbəsi, böyük arzularla, ümidlərlə yaşayan Mehdi indi yalnız faşist qaniçənlərini məhv etmək barədə düşünür, çağırış vərəqəsinin gəlməsini səbirsizliklə gözləyirdi. Nəhayət, o zaman gəlib yetişdi. 

1941-ci ilin avqustunda "Mən gərək ailəmizin, atamızın adını yüksəklərdə tutum" deyən Mehdi doğmaları, dostları ilə görüşüb cəbhəyə yola düşür, ölüm-dirim savaşına atılır. Cəbhə yolları başlayırdı. Sülhpərvər bir insan olan Mehdini əsgər şineli geyməyə, fırçasını süngüyə çevirməyə məcbur edən faşist işğalçılarının qəfil, xaincəsinə basqını idi. Gənc əsgər əvvəlcə Bakıda, Qusarda hərbi təlimlər keçir. Sonra Tbilisidəki hərbi-piyada məktəbinə göndərilir. Oradan doğmalarına göndərdiyi məktubunda yazırdı ki, mən oxuduğumuz məktəbi əla qiymətlərlə qurtardım, rütbəm qvardiya leytenantıdır. Digər bir məktubunda yazırdı ki, məndən nigaran qalmayın. Mən sizin adınızı ucaldacam, mənim haqqımda eşidərsiniz.
...1942-ci ilin yayında qvardiya leytenantı Mehdi Hənifə oğlu Hüseynzadə Stalinqrad cəbhəsinə göndərilir. O, Stalinqrad yaxınlığındakı Kalaç rayonunda vuruşurdu. Gənc zabit ən ağır döyüşlərin getdiyi cəbhədə vuruşduğunu məktublarının birində qeyd edirdi: "Bu məktubu düşmən güllələri altında yazıram, burada şiddətli vuruşmalar gedir, faşistlərin törətdiyi cinayətlərin həddi yoxdur. Biz hücuma hazırlaşırıq. Söz verirəm ki, son nəfəsədək vuruşacam, ölsəm də qəhrəman kimi öləcəm."
Həmin döyüşlərdə ağır yaralanan Mehdi əsir alınır. O, ilk günlərdən həbs düşərgəsindən qaçmaq və mübarizəni davam etdirmək əzmi ilə yaşayır. İki  dəfə Ukrayna və Polşa ərazisində həbs düşərgəsindən qaçsa da, partizanlarla görüşməyə cəhd etsə də, uğursuz alınır və sonda yenə də faşistlərin əlinə keçir. Almanlar Ukraynanın işğal etdikləri ərazilərindən birində fəhlə batalyonu yaradır. Burada gələcək komandiri, partizan dostu Cavad Həkimli ilə tanış olur və hər ikisi alman dilini bildiyindən yük qatarı ilə Berlinə, Dolerits rayonunun dördüncü tərcüməçilər birləşməsinə göndərilir. Burada üç ay təhsil aldıqdan sonra onlar 162-ci Türküstan alman diviziyasına qəbul edilir. İkinci Dünya müharibəsinin tarixindən bəllidir ki, Sovet İttifaqı ilə müharibənin gedişində alman komandanlığı hərbi əsirlərdən ibarət milli birləşmələr - legionlar yaradırdı. Onlara təxribatlar törətmək və silahlı mübarizə aparmaq tapşırılmışdı. Bunlardan biri də 162-ci Türküstan diviziyasının 314-cü alayı Azərbaycan legionu idi. Mehdi fransız dilini təmiz bildiyindən burada ondan daha çox istifadə edirdilər.
...Qəhrəman həmyerlimiz hiyləgər düşmənlə mübarizədə yeni , həm də fərqli döyüş bacarığı nümayiş etdirməli idi. Mehdi Hüseynzadə, Cavad Həkimli və digər hərbi əsirlərlə - Qasım Əmrahov, Sadiq Nadirli, Cabbar Quliyev, Mikayıl  Qulubəyov, Əsəd Qurbanov və başqaları ilə birlikdə necə olursa-olsun, partizanlara qoşulmaq, əsirləri düşərgələrdən çıxartmaq üçün yollar axtarırdılar. Onlar Sovet əsirlərindən ibarət gizli təşkilat - rus bölüyü yaradır, düşərgədəki  23 min əsir arasında möhkəm  təbliğat aparırlar. Təşkilatın rəhbəri Mehdi "Qürbətzadə Mixaylo" imzası ilə Azərbaycan dilində "Hüququnu itirmiş dostuma" sərlövhəli vərəqələri çap edərək onları qrup rəhbərləri və üzvləri vasitəsilə əsirlər arasında yayırdı. Sonu "Alman faşistlərinə ölüm!" cümləsi ilə bitən bu vərəqələr düşmənin yaxın vaxtlarda darmadağın olunacağından, Sovet qoşunlarının bütün cəbhə boyu uğurlu hücum əməliyyatlarından   bəhs edən, əsirlərin intiqamına səsləyən mübariz bir ittihamnamə idi.
1943-cü ilin noyabrı... Mehdi yoldaşları ilə birlikdə istehkam qurmaq üçün Şimali İtaliyanın Triyest  şəhəri yaxınlığındakı Villi Opçina qəsəbəsinə gətirilir. İlk fürsəti əldən verməyən Mehdi Aleksandr adlı sloveniyalının tanış etdiyi bacısı Savva adlı kəşfiyyatçı qızın köməyi ilə (Savva "Uzaq sahillərdə filmindəki Anjelikanın prototipidir) partizanlarla əlaqə yaratmağa nail olur. Olduqca cəld, çevik, qorxmazlıq kimi möhkəm xarakterə malik olan Mehdi Cavad Həkimli ilə birlikdə legiondan qaçaraq İtalyan-Yuqoslav 9-cu partizan korpusuna qoşulur. 9-cu korpusun tərkibində legionlardan qaçmış keçmiş Sovet əsirlərindən formalaşmış yeni bölük təşkil olunur. Bu rota "Ruska-Çeta" adlanırdı. Onun komandiri Cavad Həkimli, kəşfiyyatçısı və siyasi hissə üzrə komandir köməkçisi Mehdi Hüseynzadə təyin olunur. "Mixaylo" ağlı, təmkini və əsl kəşfiyyatçı məharəti ilə bütün gərgin vəziyyətlərdən qalib çıxırdı. Hər bir tapşırığı yerinə yetirməyə gedərkən bilirdi ki, bunu ədalət naminə, azadlıq naminə, haqq işinin qələbəsi naminə edir. Mehdi Hüseynzadə həmişə deyirdi ki, kəşfiyyatçı da minaçı kimi bir dəfə səhv edir. Ona görə də əməliyyata hazırlaşarkən hər şeyi yüz ölçüb bir biçmək lazımdır.
Mixaylonun faşist işğalçılarına qarşı mübarizədə keçən iki ilinin hər günü, hər həftəsi, hər ayı qəhrəmanlıqla doludur. O, çox hallarda alman zabiti formasında fəaliyyət göstərirdi. Onu bəzən rəssam, yoxsul kəndli geyimində, mətbəə fəhləsi paltarında görürdülər. Mixaylo! Bu adı Triyest əhalisi faşist qəzetlərində, xüsusi elanlarda, afişalarda tez-tez görürdü. Ələkeçməz Mixaylonun tutulması və ölümü üçün alman komandanlığı 300 min marka məbləğində mükafat vəd etmişdi. Bu "səxavət" təsadüfi deyildi, çünki, Mixaylonun partlatdığı qatarlar, tankerlər, elektrik stansiyaları, kazarmalar faşistlərə 100 və 1000 qat bahasına başa gəlirdi. Tədqiqatçılar belə hesab edirlər ki, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin kəşfiyyat  fəaliyyəti nəticəsində əksəriyyəti zabit olmaqla 1000-ə qədər faşist öldürülüb.
...Mixaylo komandanlıqdan növbəti tapşırığını alır. Əməliyyatı uğurla həyata keçirir. Lakin geri qayıdarkən düşmənlə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə Mixaylo qəhrəmancasına həlak olur. Cəsur kəşfiyyatçının partizan dostları onu müsəlman adət-ənənəsinə uyğun olaraq keçmiş Yuqoslaviyanın ərazisində yerləşən Çepovani kəndində dəfn edirlər. Onun məzarı üzərində bu sözlər yazılıb: "Azərbaycan xalqının qəhrəman oğlu, əziz dostumuz Mehdi, rahat yat. Sənin azadlıq uğrunda göstərdiyin ölməz qəhrəmanlıq dostlarının qəlbində daim yaşayacaqdır."
Mehdi Hüseynzadənin qəhrəmanlığı haqqında, həlak olması barədə məlumatı ilk dəfə müharibədən sonra doğmalarına çatdıran onun yaxın silahdaşı, partizan dostu Cavad Həkimli olur.

1957-ci il aprelin 11-də  Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hüseynzadəyə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adı verilir.
Xalqımız qəhrəman, alovlu vətənpərvər oğlunun xatirəsini həmişə əziz tutub və adını əbədiləşdirib. Haqqında şeirlər, poemalar, roman və povestlər yazılıb, bədii filmlər çəkilib. "Uzaq sahillərdə", "9-cu korpus", "Təxəllüsü Mixaylo" filmləri Mehdi Hüseynzadənin qəhrəmanlıq dolu həyatından bəhs edir. Xalq şairi Süleyman Rüstəm "El oğluma" şeirini Mehdi Hüseynzadənin əziz xatirəsinə həsr edib.
Gənc, qəlbi arzularla dolub- daşan Mehdi vədini şərəflə yerinə yetirdi. Nəinki doğmalarının, Vətəni Azərbaycanın, elinin, obasının başını da uca edib, adına şan-şöhrət qazandırdı. Göstərdiyi qəhrəmanlıqların sorağı eldən-elə dolaşdı. Vətən oğlu ölümü ilə ölümsüzlüyə qovuşdu. Atalar gözəl deyib: "İgid ölər, adı qalar". Vətəndən çox-çox uzaqlarda əfsanəvi qəhrəmanlıq zirvəsinə ucalan Mehdi Hüseynzadənin xatirəsi əbədi yaşayacaq. Onun məzarı dağ zirvələrində olduğu kimi, adı da ürəklərin zirvələrində əbədiyyət tapacaq.

Hiç yorum yok:

Yorum Gönder

Pages