“2024-cü il Böyük Qayıdış proqramının həyata keçirilməsində uğurlu oldu. Keçmiş məcburi köçkünlər dövlət hesabına tikilmiş mənzillərlə təmin edildilər və mərhələli şəkildə köçürülmə prosesi baş tutdu. Azərbaycan bu işləri heç bir xarici ölkənin və maliyyə-bank qurumunun yardımı olmadan özü təkbaşına həyata keçirir. Bu il Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın və başqa yaşayış yerlərinə keçmiş məcburi köçkünlərin planlı şəkildə qaytarılması dövlətimizin bu istiqamətdə aydın proqramının olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.Deputat bildirib ki, Böyük Qayıdış proqramının icrasından danışarkən bir neçə məsələni xüsusilə vurğulamaqda fayda vardır: “Belə ki, bu proses üçün keçilən yola nəzarət etmək lazımdır. Azərbaycan dövləti Ermənistanın yeritdiyi siyasət nəticəsində tarixi torpaqlarından didərgin düşmüş və Azərbaycana qarşı hərbi təcavüzünün gedişində yurd yerlərini itirmiş təxminən bir milyon nəfər qaçqın və məcburi köçkünün problemini həll etdi. Dövlətimiz həmin şəxsləri dövlət vəsaiti hesabına yaşayış sahələri, işlə təmin etdi və sosial problemləri həll olundu, övladlarının təhsil haqqı ödəndi. Bundan sonra Azərbaycan dövləti təkbaşına müharibə apararaq Müzəffər Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında təcavüzkar Ermənistanı məğlub etdi və torpaqlarımız işğaldan azad olundu. Dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı, müasir şəhər, kənd və qəsəbələr salındı. Dövlət hər bir işi planlı şəkildə həyata keçirir. Buna görə də ən vacib vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərimizə keçmiş məcburi köçkünlərin qaytarılmasıdır və bu iş də uğurla davam etdirilir. Görülən işlərin cənab Prezident tərəfindən strategiyasının düzgün təmin edilməsi və həyata keçirilməsi vətəndaşların ürəyincədir”.
“2024-cü il Böyük Qayıdış proqramının həyata keçirilməsində uğurlu oldu” - ŞƏRH EDİLDİ
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder