18 Dekabr Beynəlxalq Köçkün Günüdür




Dünya miqyasında köçkün sayı 2000-2017-ci illər arasında 49 faiz artaraq 258 milyona çıxdı.

  Birləşmiş Millətlər Təşkilatı hər il 18 dekabr gününü Beynəlxalq Köçkün Günü olaraq qeyd edir.

  BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Qlobal Köç Data Analiz Mərkəzinin (GMDAC) topladığı məlumatlara görə, dünya üzrə köçkün əhali 2000-2017-ci illər arasında 49 faiz artaraq 258 milyona çıxıb. Belə ki, 2000-ci ildə köçkünlərin sayı 173 milyon idisə, 2005-ci ildə bu rəqəm 191, 2010-cu ildə 222, 2015-ci ilə 244 və 2017-ci ildə 258 milyona çatdı.

  Miqrantların dünya əhalisinə nisbəti 1990-cı ildə 2,9 faiz ikən, 2015-ci ildə 3,3 faizə yüksəldi. Bu nisbət 7,3 milyardlıq dünya əhalisinin sayında hər 30 nəfərdən biri deməkdir.

  Köçkünlərin 52 faizi kişi, 48 faizi qadınlardır. Bu insanların əksəriyyəti 30-34 yaş arasındadır.

Hiç yorum yok:

Yorum Gönder

Pages