11 dekabr mayor Nəcəfov Mürşüd Göygöz oğlunun vəfat etdiyi gündür.
Yaranan hər bir insan nə vaxtsa dünyasını dəyişir, amma dünyasını dəyişəndən sonra onun qoyduğu iz, qoyduğu ad, etdiyi qəhrəmanlıq uzun illər yaddaşlardan silinmir və hətta tarixə düşür.Belə insanlardan biri də Daxili işlər orqanlarının və Daxili İşlər Nazirliyinin (DİN- in) Daxili Qoşunlarının həyatında öz dəst -xətti olmuş,yüksək peşəkarlığı, dərin zəkası,gözəl nitq qabiliyyəti, təşkilatçılıq bacarığı, intellektual səviyyəsi, idarəclik qabiliyyəti və səmimyyəti ilə seçilən, istefada olmuş mayor Nəcəfov Mürşüd Mürşüd Göygöz oğlu idi.
Qeyd edək ki, mayor Nəcəfov Mürşüd Göygöz oğlu 1956-ci ilin mart ayının 1-də Qərbi Azərbaycanın Germuk şəhərində zəhmətkeş bir ailədə anadan olmuş, 2022 -ci illin dekabr ayının 11 -də isə 66 yaşında vəfat etmişdir.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dilli ilə hərkəslə doğmalıq münasibəti yaradan Mürşüd Nəcəfov 1973-ci ildə Qərbi Azərbaycanın Germuk şəhər orta məktəbi,1982-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov şəhərində yerləşən orta ixtisas milis məktəbini (dövlət yol polisi ixtisası üzrə) bitirmişdir.
Əhatəsində olan insanların, döyüşcü və iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına, yaxınlarlna isti münasibətdə olmuş, Mürşüd Nəcəfov 1974-1976-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Dövlətçiliyimızın möhkəmləndirilməsi üçün var qüvvəsi ilə yorulmadan çalışmış, Azərbaycan Respublikasının müharibə veteranı olmuş - mayor Mürşüd Nəcəfov 1991-ci illə kimi Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə calışmışdır.
Əsil vəndaşlıq mövqeyi ilə seçilən, mayor Mürşüd Nəcəfov 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi əməliyyatlarda içtirak edərək üzərinə vəzifə və tapşrıqların öhdəsindən layiqincə Azərbaycan Respublikasının müharibə veteranı idi.
Mayor Nəcəfov Mürşüd Göygöz oğlu 1992-1997- ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Ağdam, Ağdərə rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə avtomobil və zirehli texnika xidməti rəisi, hərbi hissə komandirinin silah və texnika xidməti üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Mürşüd Göygöz oğlu Nəcəfov Din-in Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra Sumqayıt şəhərində özəl sahələrin birində calışmışdır.
Mürşüd Nəcəfov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü nizam-intizamlı hərbiçi kımı göstərib. O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək başqaları üçün daimi nümunə olmuşdur.
Nəcəfov Mürşüd Göygöz oğlu qorxmaz, vətənpərvər, əliaçıq, insanpərvər, vəfalı, zəhmətkeş insan kimi xarakterizə olunurdu.
Öz xidməti vəzifə borclarını, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla qiymətli hədiyələrlə mükafatlandırılmış və ona təşəkkur elan edilmişdir
Mayor Mürşüd Nəcəfovun Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında səmərəli fəaliyyəti həmişə lazımınca qiymətləndirlib.Cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunmasında, xidməti vəzifələrin yerinə yetirilməsində fəriqləndiyinə görə Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir sıra medallarla təltif olunmuşdur.
Vətəni, millətini sevən,səmimi, insanpərvər, xeyirxah, vətənpərvər, işgüzar və gözəl insan, Azərbaycan Respublikasının müharibə veteranı olmuş- mayor Mürşüd Nəcəfovun əziz xatirəsi onu tanyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət etsin, məkanı cənnət olsun!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder