Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ‘‘Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanaraq 1948-ci ilin 10 dekabr tarixini Ümumdünya İnsan Hüquqları Günü olaraq qəbul etdi.
Bu gün - dekabrın 10-u Ümumdünya İnsan Hüquqları günü olaraq qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ‘‘Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanaraq 1948-ci ilin 10 dekabr tarixini Ümumdünya İnsan Hüquqları Günü olaraq qəbul etdi. Türkiyə1949-ci ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsini təsdiq etdi. 1949-cu ildən etibarən Türkiyədə də, dünyada olduğu kimi İnsan Hüquqları Günü hər il dekabrın 10-da qeyd edilir. İnsan Hüquqları Gününün bütün dünyada qeyd olunması təbii ki, eyni zamanda, insan haqları şüurunun artması sayəsində olmuşdur. İkinci dünya müharibəsində ambisiyalarının əsiri olan diktatorların dünyanı uçurumun astanasına qədər gətirməsi milyonlarla insanın müharibə, deportasiya, soyqırım və qətliama məruz qalması, insan hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını və təminatını zəruriləşdirdi. Günümüzdə qlobal müharibələr olmasa da, İraq, Suriya kimi bölgələrdə baş verən qarşıdurmalar nəticəsində insan haqlarının kobud və açıq-aşkar pozulmalarına BMT kimi beynəlxalq təşkilatlar son qoymağa çalışırlar. Dünyanın harasında olursa olsun, qarşıdurma, iğtişaşlar və terror mənşəli insan haqları pozuntularının aradan qaldırılmasını arzulayırıq.
Hiç yorum yok:
Yorum Gönder