Otuz il işğal altda inlədi Qarabağım,
At oynatdı bu yerdə, o mənfur, qara yağım.
Nəhayət ki, yetişdi xoş çağım, xoş növrağım-
Müzəffər Baş Komandan göstərdi doğru yönü,
Yetişdi Zəfər günü.
Ulu Öndərdən gəlir, bu zəfərin sorağı,
Oğlu İlham qoymadı, sönməyə bu çırağı.
Vətən adlı sevgisi oldu onun yarağı-
Azərbaycan ordusu dağıtdı duman-çəni,
Yetişdi Zəfər günü.
Ağdamdan, Fizulidən, Cəbrayıldan keçmişik,
Qubadlı, Zəngilanda düşmənləri biçmişik.
Neçə kəndə, şəhərə bayraq taxıb, ötmüşük-
Şuşada düşmənlərə endirdik son zərbəni,
Yetişdi Zəfər günü.
Neçə şəhid vermişik, neçə də qazimiz var,
Müqəddəs qanımızla, bir Vətən andımız var.
Dağılmış yurd yerlərin qurmaqçün arzumuz var-
Hərə yurd yuvasında görsün də xoş önəmi,
Yetişdi Zəfər günü.
Azərbaycan basılmaz, indi qalib ölkədi,
Düşmən üstə dayanmış kabus-qara kölgədi.
Bütün dünya bilir ki, o sülhsevər bölgədi-
Fəxrəddin Meydanlının şad eylədin könlünü,
Yetişdi Zəfər günü...
Hiç yorum yok:
Yorum Gönder