Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Zülal Tağıyev küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir. Ərazi partiya təşkilatının sədr müavini Kənan Quliyev YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir.
Ərazi partiya təşkilatının sədr müavini Kənan Quliyev YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-da ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş, gələcək perspektivdə görüləcək işlər, eyni zamanda yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi.
YAP üzvləri Lətafət Paşayeva və Səadət Ələkbərova təhsil sahəsində aparılan islahatlar, yeniliklər haqqında, o cümlədən ƏPT üzvlərinin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında çıxış etdilər.
Daha sonra Kənan Quliyev bildirmişdir ki, bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədri və sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Mehri Zərbəliyeva tərəfindən sədr vəzifəsinə Könül Hüseynovanın namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində K.Hüseynova sədr seçilmişdir. Yeni seçilmiş sədr Könül Hüseynova Kənan Quliyevin uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Kənan Quliyev sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, Əmircan qəsəbəsi Zülal Tağıyev küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır. Sonda bir qrup YAP üzvünə vəsiqələr təqdim olunmuşdur.
Hiç yorum yok:
Yorum Gönder