“Xəqani Rzaquliiyevin əziz xatirəsi hər zaman qəlbimizdə əbədi yaşayacaq".




Azərbaycan Vətən Müharibəsi Veteranları İstimai Birliyin həyatında öz dəst-xətti və xüsusi xidmətləri olmuş,peşəkar milli jurnalistikamızın  tanımış  nümayəndəsi,ilk döyüşcü jurnalist  Xaqani Ədəb oğlu Rzaquliyev bir il 11 aydan coxdur aramızda yoxdur, ədəbiyyata,haqq dünyasına qovuşub. Əgər sağ qalsaydı,61 yaşını qeyd edəcəkdi.Təəssüflər olsun ki, ömür vəfa   etmədi. Noyabr ayının 9-da  onun  61 yaşı qeyd  olunacaq.Doğum gününə  bütov doğmaları,yaxınları,dostları,  Xaqani sevənlər gələçək.Xaqanidən  başqa.Qəbri ziyarət edilicək.Vaxtilə itən dostlarını xatırlayan Xaqani  indi özü xatırlanaçaq.Şirin-duzlu sözləri ilə yada salnacaq. 
İnsana da əməllərinə görə qiymət verirlər: İstər yaxşı əməl olsun, istərsə yaman. Amma unutmamalıyıq ki, həyatda qalan elə yaxşılar və yaxşı əmələr olur. Əmək fəaliyyətinə sadə zəhmət insanı olaraq orta məktəbdə hərbi rəhbər vəzifəsindən başlayaraq, məktəb direktoru, müxbir və mətubat xidmətinin rəhbəri vəzifəsinə öz qabiliyyəti , dərin zəkası, gözəl nitqi ilə ucalan, ictimai fəal, 2-cı qrup müharibə əlili dəyərli Xaqani Rzaquliyev də məhz əməllərləri və şərəfli ömür yolu ilə fəriqlənən, cəmiyyətə örnək olan şəxsiyyətlərdən biri olmuşdur. 
Hər ömur bir kitabdır deyirlər Xaqani Rzaquliyevin kecən günlərini vərəqlədikcə bir fikir təsdiqini tapır. Bu alovlu vətənpərvər, torpağına, xalqına bağlı gözəl insan,2-ci qrur müharibə əlili Xaqani Ədəb oğlu Rzaquliyevin həyatı olduqca mənalı kecib.  
Yüksək peşəkarlığı, humanistliyi, vətənpərvərliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti , işgüzarlığı, səmərəli fəaliyyəti,iradı və mənəvi keyfiyyətilə həmişə seçilən, Rzaquliyev Xəqani Ədəb oğlu 1963 - cü ilin noyabr ayının 9 -da Ağdərə rayonunun Xatunbəyli kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.2022-ci illin noyabr ayının 24 -də qəflətən vəfat edib.
 1980- ci ildə Ağdərə rayonunun Xatunbəyli kənd orta məktəbi, 1982 - ci ildə Şuşa şəhərində Pedoqoji Texnikomu, 1993- i ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.
Xaqani Rzaquliyev 1982- 1984-cü İllərdə Sovet Ordusunun Ukrayna Respublikasında yerləşən hərbi hissələrin birində mühəndis- istehkamcı vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
O, ixtisasına uyğun müxtəlif vəzifələrdə çalışıb. Ağdərə rayonunun Xatunbəyli kənd orta məktəbində hərbi rəhbər, Gəncxana qəsəbəsində məktəb direktoru, “Gənclik” jurnalının müxbiri və şöbə müdiri vəzifələrində işləmişdir. 

Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət -Təftiş Komissiyasının ilk sədri olmuşdur.2023-cü illin noyabr ayının  24 nə kimi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Mətubat xidmətinin rəhbəri vəzifəsini məsuliyyət və şərəflə yerinə yetirmişdir. 

Xaqani müəllim 1992 -ci ilin mart ayının 12 -də ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında ağır yaralanmışdır. Ürəyi daim Vətən eşqi ilə döyünən bu insan ictimai fəal kimi “Fədai” və “Veteran” qazetlərinin ilk yaradıcılarından idi. Onun publisistik məqalələri yaradıcılığının əsasnı təşkil edirdi.
 O,Türkçülükdə “səlcuqlu” xəstəliyi, “Unudulmuş Turanın çöl çiçəkləri” və.s kitabların müəllifidi. Dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var qüvvəsi ilə yorulmadan calışmış Xaqani Rzaquliyev 44 günlük Vətən Müharibəsi və ondan sonrakı günlərdə də daimi ordumuzun, qəhrəman müharibə ıştirakcılarmızın, döyüş bölgələrində hərbi qulluqçularmızın yanında olmusdur. 

Xaqani Rzaquliyev təbiətcə sakit, xeyirxah, təmkinli, diqqətli və xoş rəftar bir insan olmaqla yüzlərlə adamın ( döyüşçülərin, müharibə veteranların və şəhid ailələrinin) xeyirxahına çevrilmişdi.
Xəqani Ədəb oğlu peşəkar jurnalist olmaqla yanaşı, doğma yurdunu,el-obasını çanından çox sevən  insanpərvər,qayğıkeş,doğmaları üçün çox yaxşı qardaş, ailə başçısı,öz işinə həvəslə yanaşan, ziyalı,cəsur,haqqı nahaqa verməyən əsl vətəndaş bir insan idi.

Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctinai Birliyinin Mətubat xidmətinin rəhbəri kimi,həmişə obyektiv olmuş,onun h heçkimə qərəzli münasibəti olmamışdır.Əsl  peşəkar jurnalist kimi,Xaqani Ədəb oğlu öz peşəsini ürəkdən sevirdi,bu onun keyfiyyətlərini tamamlayırdı.Öz işinin peşəkar ustası kimi,həqiqəti heç kimə görə dəyişməyən bir iti qələm sahibi idi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) mətubat xidmətinin rəhbəri olduğu illər ərzində Xaqani Rzaquliyev ona həvalə olunan vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəldiyinə və mətbuat orqanlarında xüsusi fərqləndiyinə görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Korpus və hərbı hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, həmçinin müvafiq icra hakimiyyəti orqanlarının və ictimai təşkilatların sədrlərinin müvafiq əmrləri ilə bir sıra medallarla, döş nişanları ilə təltif olunmuşdur, bir çox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilmişdir  
Səmimi,insanpərvər və zəhmətkeş insan Xəqani  Ədəb oğlu Rzaquliyevin əziz ruhu hər zaman onu tanyanların,sevənlərin yadaşında, hafizəsində yaşayacaq,onun əziz xatirəsi doğmalarının,yaxınlarının,iş və döyüşcü yoldaşlarının,onu tanyanların yadaşında həmişə qalacaq və yad ediləçək.Belə vicdanlı oğuları ilə tanınır Vətən!
 Allah  rəhmət  eləsin! 
Məkanı cənnət olsun!
Qəbri nurla dolsun.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələləri üzrə müavini
polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages