Təbrik:Tibb xidməti polkovniki leytenantı Şahin Şahmarov - 55



    Həkimlik ən gözəl, ən şərəfli peşələrdən biridir. İnsanların sağlamlığı üçün daima çalışan insanlar, seçilən və sevilən insanlardandır.Şahin həkim siz də öz insanlığınız, peşənizə olan sevginizlə sənətinizi daim dürüst bir şəkildə yerinə yetirərək sevilən seçilən insanlardan olmusuz və olacaqsız. Arzu edirəm daim zirvələrdə, yüksəklərdə olasınız. Bu gün coşqun, bəzən sevincli, bəzən kədərli, bəzən duyğulu amma yorğun bir il daha ötüb keçir həyatınızdan.8 noyabr ad gününüz mübarək olsun dəyərli və qayığıkeş  həkim. Arzu edirəm yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayar, ən yaxşı layiqli zirvələrdə olasız. Ən əsası sizə uzun və sağlam ömür arzu edirəm. Sevdiklərinizlə, ailənizlə gözəl günlər keçirəcəyiniz illərin, günlərin sayı çox olsun.
      
Siz o insanlardansınız ki, daima xalqa xidmət göstərən, peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışanlardansınız. Böyük ürəyə sahib yaxşı ailə başçısı, yaxşı dinləyicisiz.Siz çevrənizdəki insanlara hər zaman ilham verdiniz və onları hər zaman dəstəkləyib doğru yönləndirdiniz.
Ad günləri yeni başlanğıc və hədəflər üçün özəl bir gündür.
        
Şahin həkim  noyabr ayının 8 - də sizin  55 yaşınız tamam olur. Bu  əlamətdar gün münasibətilə   sizi  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, həkimləri   (tibb işciləri), iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, sizə həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər, şərəfli və fədakar fəaliyyətinizdə  uğurlar  arzu edib deyirlər,  Şahin həkim qoy yaşınızın üstə gələn bu yaş da  sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə   sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
      
Tibb xidməti  polkovnik leytenatı Şahmarov Şahin Əliqulu  oğlu  1969 - cu ilin   noyabr  ayının  8 -d Lerik rayonun Züvüc kəndində zəhmətkeş bir ailədə anadan olub. 
    
1987 -ci ildə Lerik rayonun Züvüc kənd  orta  məktəbini,1994-cü ildə    Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci müalicə-profilaktiqa fakultəsini  bitrib.O, Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində   dəfələrlə Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq  kurslarda,  seminar və konfranslarda fəal iştirak edib.
     
 Şahin həkim öz ixtisası üzrə   1994-2022  cu illərdə   Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hospitalında ordinator, baş ordinator,şöbə rəisi və hospital rəisinin müalicəvi işlər üzrə müavini vəzifəsində Vətənə  və Xalqa, sədaqətlə xidmət edib. 

 Tibb xidməti polkovnik-leytenatı  Şahin Şahmarov    Daxili Qoşunların hərbi hospital rəisinin müalicəvi işlər üzrə  müavini kimi 44 günlük Vətən müharibəsində daimi hərbi qulluqcularmızın yanında olaraq, ona həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsinə  məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.Azərbaycan  Respubilkasının  Silahlı Qüvvələr  və müharibə veteranıdır, ali dərəcəli peşəkar həkimdir.

Şahin Şahmarov 2023 -ci ildən etibarən Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin  tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertize və Reabiltasiya Agentliyində bir həkim kimi  öz vəzifələrini  layiqincə yerinə   yetirir.
      
Tibb xidməti polkovnik leytenatı Şahin Şahmarov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların,  Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümnə olmuş, hippokrat andına isə həmişə sadiq qalmışdır.
       
 Hərbi və həkim yoldaşları Şahin  həkimi vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit və peşəkar həkim kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum- əqraba  arasında özünə böyük hörmət qazanıb.
      
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin (hərbi  hospital rəisinin) tibb xidmət rəisinin  müvafiq əmrləri ilə  bir cox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə,əla xidtlərə görə əlaçı  və yubiley döş nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.
     Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2."Azərvaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi (1991 -2001)” yubiley  medalı ilə;

3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90 illiyi (1918 -2008)”  yubiley   medalı ilə;

4."Azərbaycan Reslubilkası  Silahlı Qüvvələrinin 95 illiyi (1918 -2013)” yubiley medalı ilə;


5."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal  ilə  - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə;

 6."Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

7."Qüsursuz xidmətə görə"3-cü dərəcəli medal ilə  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  yaranmasının 25 ildönümü ilə əlaqədar olaraq, dövlətin  ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak etdiyinə, döyüş zamanı iğidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qovulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə  tibb xidməti polkovnik-leytenatı Şahin Şahmarov Azərbaycan Respubilkasının Prezidenti  İlham Əliyevin 10 mart 2017-ci il tarixli sərancamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

ŞAHİN HƏKİM  55 İLLİK  YUBİLEY GÜNİZ  MÜBARƏK OLSUN!!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN CİN OLSUN!

Azərbayacan Respublikasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.

Hiç yorum yok:

Yorum Gönder

Pages