Təbrik:Tibb xidməti mayoru Məhəmməd Əliyev-57



Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-oba əziz tutulmuşdur.  Hətta  el arasında müdrüik  adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli   olsada bir o qədər də şərəflidir. Xalqımın səhhətini qorumaq,  hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını   qazanmaq  hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış   problemlərini unutduraraq onların etimadını qazanmaq  həkimlərin peşə vəzifələrinin ən ümdə  məqamlarından biridir.
   Şərəfli ömür yolu kecmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş  və  qayğıkeş həkim kiçikdən-böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış, dürüst, vətənpərvər,  gözəl insan və əlləri qızıl olan, ali dərəcəli həkim– ehtiyatda
 olan  tibb xidməti mayoru Əliyev Məhəmməd İsrayıl oğlunun   noyabr ayının  6- da dünyaya göz açdığı gündür.
      
Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların həyatında tibb xidməti sahəsində  öz dəst -xətti və xüsusi xidmətləri olan, daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan tibb xidmti mayor Məhəmməd Əliyevi  belə bir əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Məhəmməd həkim qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin, hər yeni günün isə   səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Yüksək peşəkarlığı ,dərin zəkası,gözəl nitq qabiliyyəti və səmiyyəti ilə seçilən,həmişə müasir müalicə üsullarına can atan həkim- tibb xidməti mayoru Əliyev Məhəmməd İsrail oğlu oğlu 1967  -ci ilin  noyabr   ayının 6 -da Xanlar (indiki Göy göl ) rayonunda  zəhmətkeş bir ailədə anadan olub.

1984- ci   ildə Gəncə şəhər 1 nömrəli tam orta məktəbini,1994-cü  ildə isə  Bakı şəhərində   Azərbaycan Dövlət Tibb İnstitutunu bitrib.Əziz Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmilləşmə institutunda müvafiq  kurslarda  olub. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində (hərbi hospitalında) keçirilən bir çox təlim - metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə,semnar və konfranslarda fəal iştirak edib.
1985- 1986 cı illərdə  Sovet ordusunun Ukrayna Respubilkasının Nikalayevski  şərərində yerləşən hərbi hissələrin birində tankcı-mexaniq vəzifəsina (starşına rütbəsində )  müddətli həqiqi hərbi xidmətdə olub.
1994-2017-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Gəncə şəhərində, Hacıqabul  rayonunda yerləşən hərbi hissələrdə  terapevt,   tibb        məntəqəsinin rəsi və  tibb xidmət  rəisi vəzifələrində Vətənə  və Xalqa sədaqətlə xidmət edib.2017-ci ildən  Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən  hərbi hospitalında baş ordinator  vəzifəsində işləyir. 
Hərbi və həkim yoldaşları  Məhəmməd  həkimi vətənpərvər,qayğıkeş,mehriban,sadə, tevözkar,intellektual səviyyəli, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə  dost - tanış , qohum- əqraba  arasında özünə böyük hörmət qazanıb.
 Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili  Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış  məntəqələrində,kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə kütləvi iğtişaşların qarşısının alınmasında, qəzaların bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin və başqa  fövqalədə  hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı  hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcə də   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
 Öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara (həkimlərə), Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və   daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərin, əmr və sərəncamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində daimi  şəxsi nümunə olmuşdur. Hippaokrat andı icən Məhəmməd həkim o, anda sona qədər sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları  məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
 Öz xidməti  vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəeqləndiyinə görə Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin  və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə, əla xidmətlərə görə  əlavə və  yubiley nişanları ilə təltif olunub , bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib  və aşağıdakı medallarla  təltif edilib:
1”Qüsursuz  xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə;

2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;
 
3.”Qüsursuz xidmətə görə 3 -cü  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi ( 1991- 2001)” yubiley  medalı ilə;

5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin   90 illiyi  (1918- 2008)” yubiley   medalı ilə;

6.”Azərbaycan  Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi  (1918- 2013)” yubiley medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MƏHƏMMƏT HƏKIM .

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Respibilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages