Dünyada zehni, fiziki əməklə bağli, bəhrə gətirən bütün peşələr şərəflidir.Lakin insan taleyinə sevinc, ömrünə yeni ömür bəxş edən həkimlik peşəsi ilahı qüdrətli yeganə müqəddəs peşədir. İnsanlar məhz bu, peşə sahiblərinin əllərinin şəfasında ilahın qüvvət və qüdrətini görürlər.
Belə hörmət və sayğıya layiq olan, öz yüksək peşəkarlığı,hümanistliyi,xeyirxahlığı,
işgüzarlığı,vətənpərvərliyi, səmərəli fəaliyyəti,insapərvərliyi sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, təşkilatçılıq bacarığı, qayğıkeşliyi,iradı və mənəvi keyfiyyətləri seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən çoxunu hərbi xidmətdə,8 ildən coxnu isə ARTOMED Kilinkasında keçirən, ali dərəcəli terapevt həkim- istefada olan tibb xidməti mayoru Abuzərov Ceyhun Cənnət oğludur. Noyabr ayının 23-də onun dünyaya göz acdığı gündür.
Belə bir ələmdar gün münasibətilə təcürbəli həkim- istefada olan tibb xidməti mayoru Abuzərov Ceyhun Cənnət oğlunu doğum günü munasbətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri),doğmaları,əzizləri,yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər,Ceyhun həkim qoy yaşının üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Tibb xidməti mayoru Abuzərov Ceyhun Cənnət oğlu 23 noyabr 1966-ci ildə Lacın rayonunun Qarakeçidi kəndində zəhmətkeş bir ailədə anadan olub.
1981-ci ildə Laçın rayonun Qarakeçidi kənd orta məktəbinin 8-ci sinifini, 1983-ci ildə Bakı şəhər 5 nömrəli Kimya-Biologiya təmayüllü orta məktəbini, 1994-ci ildə isə Azərbaycan Dövlət Tibb Unveristetinin müalicə- profilaktika fakultəsini bitirib.Bakı şəhər 6 nömrəli şəhər klinik xəstəxanasında “Terapevt” ixtisası üzrə internatura kecib.
1984 -1986 cı ilərdə SSRI Sovet ordusunun Samara şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1994-2015-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Xətai, Binəqədi və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə hərbi həkim-terapevt, tibb məntəqəsinin rəisi, tibb xidmət rəisi, Daxili Qoşunların hərbi hospitalında isə fizoterapiya şöbəsinin rəisi vəzifələrində xidmət edmişdir.
2016 -cı ildən etibarən istefada olan tibb xidməti mayoru Abuzərov Ceyhun Cənnət oğlu Artomed tibb mərkəzində terapevt vəzifəsi üzrə peşə fəaliyyətini davam etdirir.
Tibb xidməti mayoru Ceyhun Cənnət oğlu Abuzərobv Daxili Qoşunlarda və Artomed tibb mərkəzində müxtəlif vəzifələrdə xidmət etdiyi və işlədiyi illər ərzində, xarici ölkələrdə və ölkə daxilində dəfələrlə həkimlərin ixtisasaartırma kurslarinda,tibbi simpozium və seminarlarda olmuş, Daxili Qoşunların Bas İdarəsində və hərbi hisələrində keçirlən təlim- metodiki toplanışlarda,xüsusi- taktiki təlimlərdə seminar və konfranslarda fəal iştirak etmişdir.
Tabeliyində olan tibb personalının yetişib təkimilləşməsində öz qayğı və baçarığnı əsirgəmiyən Ceyhun həkimin haqqında real, həqiqət olan təmannasız, səmimi fikirləri onun gərgin peşə zəhmətinin və ləyaqətli xidmətlərinin təzahürüdür.
Ceyhun həkim, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin,inzibatı binaların, hərbi təchizat anbarların və hərbi bazaların mühafizə olunmasında, şəhərdə,yaşayış mətəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başq fövqaladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Tibb xidməti mayoru Ceyhun Cənnət oğlu Abuzərov qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş hərbi həkim olmuşdur. O,İstər təhsil aldıgı ali və orta təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Ceyhun həkim zabitlərlə, gizır və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, sanitar təlimatçılarla, əsgər və cavuşlarla öz ixtisası ( tibb hazlığı) üzrə məşğələlərin, məşqlərin, metodiki-təlim toplanışların, marifləndirmə işlərinin kecirilməsi istqamətində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlar və bir çox hərbi qulluqçular üçün daimi şəxsi nümünə olaraq, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. Hippokrat andı içən Ceyhun həkim, Daxılı Qoşunların Baş idarəsinin Füzuli rayonunda və Bakı şəhərində yerləşən hərbi hissələrdə (hərbi hospitalda) xidmət ediyi illər ərzində ona, həvala edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək, hər bir hərbi qulluqçunun sağlamlığnın keşiyində əzimlə dayanmışdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkur elan edilib
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Ceyhun həkim Azərbaycan Respublikası Prezıdenti adından Daxili İşlər Nazirin müvafiq əmrləri ilə aşağıdakımedallarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə " 1-ci rəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvil ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə”
2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 -təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbayca Respubilkasının Silahlı Qüvvələrin 10-iliyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95-iliyi (1918-2013)” yubiley medalı ilə.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində öz dəst -xətti olan, yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Ceyhun həkim sağlamlıq bəxş etdiyi insanların ömründə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
CEYHUN HƏKİM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ. UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERIYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN.ş!
BÜTTÜN ARZULARLNIN REALAŞMASI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ..
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder