Təbrik:Samira Adalova



    
Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin  hərbi hospitalının Terapiya və Ruhi- Əsəbi şöbələrində müxtəlif vəzifələrdə xidmət etmiş,   peşəkarlığı,qayğıkeşliyi,dəqiqliyi,təmkinliyi,sadəliyi, səmimiyyəti, səmərəli  və məqsədyönlü fəaliyyəti ilə seçilən, ehtiyatda  olan  baş çavuş Adalova  Samira Yokovlevnanın noyabr ayının 20- də     dünyaya göz acdığı gündür.

Daim həyatın  imtahanlarından alnıacıq və üzüağ çıxan,əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan  Samirə Adalovanı belə bir əlamətdar doğum  (50 illik yubileyi) günü münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, (tibb işciləri), doğmaları,əzizləri, iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər Samirə xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
    
Qeyd edək ki, Adalova  Samirə Yokovlevna   1974 -cü ilin noyabr ayının 20-də  Bakı şəhəri Qaradağ rayonun Lökbatan qəsəbəsində zəhmətkeş bir ailədə  anadan olub.
 
S.Adalova  1991 -ci ildə Bakı şəhəri Lökbatan qəsəbəsi Cəmil Niftəliyev adına   233 nömrəli  orta məktəbi,  1993-cü ildə  isə   1 nömrəli Bakı Tibb (indiki kolleci) Texnikumu bitrib.  
    
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış, vətənpərvər insan Samira Adalova  1993- 2013 - cü illərdə   Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Baş İdarəsinin Qaradağ  və  Nərmanov  rayonlarında yerləşən hərbi hospitalın Terapiya və Ruhi- əsəbi şöbələrində   tibb bacısı  vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.

Torpağına,xalqına bağlı gözəl xanım Samira  Adalova Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında   xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə  olmuşdur.

Samirə xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş  hərbi qulluqcu olub.

 Adalova  Samirə Yokovlevna DİN-in Daxili Qoşunların hərbi hospitalında  xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına əməl edilməsi, müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinin  dəqiq və sözsüz  yerinə yetirilməsi işində, bir çox  hərbi qulluqculara və tibb işcilərinə şəxsi   nümunə olmuşdur.
  
 Samirə Adalova öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə və  hərbi xidmət keçdiyi dövrdə digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanın, onun müavinlərinin və hərbi hissə komandirinin (hospital rəisinin).   müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları ilə  təltif olunub, bir çox  fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur  elan edlib və aşağıdakı medallarla təltif edlib:

1.”Qüsursuz xidmətə görə”  1-ci.   dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


2.”Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 
 təqvim ili xidmətə görə;


3.”Qüsursuz xidmətə görə” 3 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;


4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90 illiyi (1918 - 2008)” yubiley medalı ilə.

 SAMİRƏ XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...

UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.

BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...
 
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..

XOŞBƏXT İLLƏRƏ.

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
 

Hiç yorum yok:

Yorum Gönder

Pages