Daxili işlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının hərbi hissələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmiş, peşəkarlığı, vətənpərvərliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı- ehtyatda olan gizir Alməmmədov Rasim Şahnazar oğlunun noyabr ayının 11 - də dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan gizir Alməmmədov Rasim Şahnazar oğlunu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Rasim qoy hər yeni yaşınız sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Alməmmədov Rasim Şahnazar oğlu 1973-ci ilin noyabr ayının 11-də Azərbaycan Respublikasının Ağstafa şəhərində zəhmətkeş bir ailədə
anadan olub.
1991 - ci ildə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbi, 1992-ci ildə Bakı şəhərində 80 nömrəli peşə məktəbi bitrib.O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində müvafiq kurslarda, xüsusi -taktiki təlimlərdə,təlim-metodiki toplanışlarda,seminar və konfranslarda fəal iştirak edib.
1992-1996- cı illərdə Din-in Daxili Qoşunların Əlibayramlı(indiki Şirvan) şəhərində, Hacqabul rayonunda yerləşən tədris və əməliyyat alaylarında müddətli həqiqi hərbi xidmətdə olub.1996- 2013 - ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Hacqabul rayonunda yerləşən hərbi hissəsində müxtəlif vəzifələrdə çalışıb.
Rasim Alməmmədov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi nümunə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Füzuli istiqamətində) gedən döyüşlərdə fəal iştirak Azərbaycan Respublikasının müharibə veteranıdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələ və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, dövlət əhmiyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata kecirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir çox fərmanlarla və qiymətli hədiyyələrlə, əlaçı və yubiley döş nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)”yubiley medalı ilə;
2."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 - illiyi (1918 -2010)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə
- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Hərbi və iş yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN RASİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının
Silahlı Qüvvələr
və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder