Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının həyatında öz dəst -xətti olan, yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı, təşkilatçılıq bacarığı, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,iradı və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 29-ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş- ehtiyatda olan polkovnik Abdurəhmanov Salman Nəriman oğlunun noyabr ayının 19-da dünyaya göz açdığı gündür.
Polkovnik Salman Nəriman oğlu Abdurəhmanov 19 noyabr 1969- cu ildə Qəbələ rayonunun Məmmədağalı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1977-ci ildə Qəbələ rayonunun Məmmədağalı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1987-ci ildə Bakı şəhəri 1 nömrəli fizika-riyaziyyat təmayüllü orta məktəbini ,1989 -cu ildə SSRİ Daxili İşlər Nazirliyinin Daşkənd şəhərində yerləşən Ali kurslarında gizirlər məktəbini, 1993-cü ildə Daxili İşlər Nazirliyinin Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən Ali hərbi məktəbi , 1998 -ci ildə Müdafiyə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə ( ixtisas artırma) kursunu bitrib.
Salman Abdurəhmanov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim-metodiki toplanışlarda,xüsusi - taktiki təlimlərdə,konfrans və seminarlarda fəal iştirak etmişdir.O,hərbi təcürbə əldə etmək məqsədilə Türkiyə Cümhuriyyətinin Silahli Qüvvələrinin Ankara, İtanbul və İzmir şəhərlərində yerləşən hərbi hissələrində və hərbi məktəblərində işgüzar səfərdə olmuşdur.
Polkovnik Abdurəhmanov Salman Nəriman oğlu 1987 -2016-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Daşkənt və Səmərqənd şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə manqa komandiri vəzifəsində, SSRİ Daxili Qoşunların Özbəkistan Respublikasında yerləşən hərbi hissələrinbirində müxtəlif vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt, Lənkəran və Naxçıvan şəhərlərində yerləşən hərbi hissələrində böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, qərargah rəisinin xidmət üzrə köməkçisi, qərargah rəisinin müavini, hərbi hissə komandirinin müavinini-qərargah rəisi,hərbi hissə komandiri əvəzi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə təşkilat- komplekləşdirmə şöbəsinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. Salman Abdurrahmanov işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Salman Nəriman oğlu Abdurəhmanov Daxili Qoşunların hərbi hisələrində və Baş İdarəsində müxtəlif rəhbər vəzifələrdə (hərbi hisə komandirinin müavinini-qərargah rəisi, hərbı hissə komandirinin əvəzi, şöbə rəisi vəzifələrində ) xidmət etdiyi illər ərzində bir çox komissiyaların, yekun və təlim yoxlama, məqsədli və kompleks qrupun üzvü və rəhbəri olduğu müddətdə üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,islah-əmək müəsisələrinin,inzibatı binaların,dövlət əhmiyətli.obyektıərin və hərbi təchizat anbarların mühafizə olunmasında, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin tutulmasında,qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində tabeçiliyində olanlar üçün daimi nümunə olmuşdur.
Polkovnik Abdurəhmanov Salman Nəriman oğlu qorxmaz, səxavətli, əliaçıq, zəhmətkeş baş zabit olmuşdur. O , istər təhsil aldığı orta və ali təhsil müəsələrində, istərsə də qohum-əqraba, xidmət etdiyi və işlədiyi kollektiv, dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunu , bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti və ictimai vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından aşağdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı" medalı ilə;
2."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.”SSRi Silahlı Qüvvələrin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
6."Azərbaycan Respubilkasının Silahll Qüvvələrinin 10-illiyi (1991-2001)” yubiley medalı ilə;
7.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90 -illiyi (1918-2008)” yubiley medalı ilə;
8.”Azərbaycan Respubilkasının 95-illiyi (1918-2013) yubiley medalı ilə.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, döyüş və xüsusi əməliyyatlar zamanı fəriqləndiyinə görə, polkovnik Salman Abdurəhmanov Azərbaycan Respublikasının Prezıdentinin müvafiq sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Ehtiyatda olan polkovnik Abdurəhmanov Salman Nəriman oğlunun həyat yoldaşı Nigar xanım da ömrünün ən məhsuldar dövrünün 20 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrində kecirirərək Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. Nigar xanım xidmətdə fəriqləndiyinə görə döş, və yubiley nişanları ilə və müvafiq medallar ilə təltif edilib.Oğlu Rəhman Abdurəhmanov bir peşəkar zabit kimi, Azərbaycan Respublikasının Prezıdentının müvafiq sərəncamı ilə Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunması və Çəsur döyüşçü medallari ilə, Azərbaycan Respublikasınin Prezidenti adından isə Müdafiə Nazirinin müvaiq əmrləri ilə "Silahlı Qüvvələrin yaranmasının" 95 və 100-iliyi yubley medalari ilə ilə təltif edilib.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN
SALMAN!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!
SALMAN ÖMRÜN UZUN OLSUN 100 YAŞA,SAĞLAM YAŞA.
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder