Təbrik:Polkovnik- leytenat Sədrəddin Bayramov -65




Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında  öz dəst- xətti olan,yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı, təşkilatçılıq  bacarığı,iradı və mənəvi keyfiyyətləri seçilən, müharibə veteranı- istefada olan polkovnik leytenant  Bayramov Sədrəddin  Nəsib  oğlunun noyabr ayininin 15- də dünyaya göz acdığı gündür.

Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan,Salam Sədrəddin Bayramovu  belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan  zabitləri,doğmaları,əzizləri  iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Sədrəddin qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
     Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik leytenant  Bayramov Sədrəddin Nəsib oğlu 1959-cu ilin noyabr ayının 15-də Gürcüstan Respubilkasının Dumanısı rayonunun Aşağı  Qarabulaq kəndində zəhmətkeş ailədə anadan olub.

1976-cı ildə Dumanisi
rayonunun  Aşağı Qarabulaq kənd orta məktəbini, 1986-cı ildə isə. Çita Vilayətində İnşaat və Mühəndislər İnstitutunu bitirib. 

1978-1980 -ci illərdə Sovet ordusunun Almaniya Demokratik Respubilkasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.

 1988-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin  İrkutsk vilayətində yerləşən islah- əmək müəssisələrin birində  müvafiq vəzifələrdə işləyib. 

1989-1992 ci ilərdə Zakatala rayonunda  təmir-tikinti quraşdırma idarəsində şöbə rəisi vəzifələrində calışıb. 

1992-2009-cu illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Zakatala rayonunda və Gəncə şəhərində  yerləşən  hərbi hissələrində mənzil-istismar xidmətinin rəisi, hərbi hissə komandirinin maddi texniki təminat xidmətləri üzrə müavini vəzifələrində xidmət edib.
      Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsi işində, Sədrəddin Bayramov öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.


Hiç yorum yok:

Yorum Gönder

Pages