Təbrik:Mayor Xanlar Əliyev - 53




      
Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının  həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı,dəqiqliyi,təmkinliyi,zəhmətkeşliyi, işgüzarlığı,vətənpərvərliyi,  sadəliyi, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri   ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı, ehtiyatda olan  mayor Xanlar Əliyevin noyabr ayının 5 - də  dünyaya göz açdığı gündür.
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan mayor  Xanlar Əliyevi  belə bir əlamətdar   gün münasibətilə  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Xanlar müəllim qoy hər yeni yaşınız  sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz  isə  səni istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.
  
Mayor Əliyev Xanlar Əlimərdan  oğlu  1971-ci ilin noyabr ayının  5 -də Bakı şəhərində zəhmətkeş  ailədə
 anadan olub.
   
1986 - cı ildə  Bakl şəhər  69 saylı tam orta məktəbin  7-ci sinifini, 1989-ci ildə Cəmşid Naxçvanski adına Hərbi liseyi, 1993 - cu ildə  Kurkan ali hərbi  siyasi     məktəbi bitrib.  Daxili işlər nazirliyi Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Müdafiə  Nazirliyinin Qaraheybətdə və Din-in Daxili Qoşunların Baş İdarəsinin  döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzlərində ixtisas
artırma kurslarında fəal iştirak etmişdir.

1993-2009 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Sumqayıt şəhərində,Xəzər rayonunda yerləşən hərbi hissədə  və ali hərbi məktəbdə bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, hərbi hissənin  döyüş  bölməsinin rəisi və müəllim vəzifələrində Vətənə  və xalqa  sədaqətlə xidmət  edib.X.Əliyev Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra  2024-cü ilin iyul ayına kimi Dövlət Sərhəd Xidmətinin Akademiyasının atəş hazırlığı kafedrasında müəllim vəzifəsində çalışıb.Hal hazırda  ehtiyatda olan mayor Xanlar Əliyev Din-in Polis Akademiyasının hərbi fənlər kafedrasında  müəllim vəzifəsində işləyir.
 
Mayor Xanlar Əliyev Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi  nümunə olmuşdur.

O, Daxili Qoşunlard xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.  

Qanunvericiliklə müəyyən edilmiş qaydada DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, dövlət əhmiyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış  məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,  qəzalar,bədbəxt hadisələr,yanğınlar,  təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim  tədbirlərin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. 

Mayor Xanlar Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəlal iştirak edib.
    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb və hərbi lisey rəislərinin, dövlət  sərhəd xidmətinin akademiya rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə bir çox   fərmanlarla və qiymətli hədiyyələrlə, əlaçı, idman dərəcəsi  və yubiley döş nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)”yubiley medalı ilə;

2."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  90 - illiyi (1918 -2008)” yubiley medalı ilə;

3."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20   təqvim ili  xidmətə görə;

4."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə 
 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qüsursuz xidmətə görə” 3 -cü  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

Hərbi və iş  yoldaşları  Xanlar Əliyevi vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
XANLAR!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının 
  Silahlı Qüvvələr
      və   Müharibə
 Veteranı polkovnik Salman Musayev  


Hiç yorum yok:

Yorum Gönder

Pages