Təbrik:Mayor Rəsmiyyə Səlmova



1995-2015-ci illərdə Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət etmiş,  işgüzarlığı, yüksək intellektual səviyyəsi, dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti, sadəliyi, dəqiqliyi,təmkinliyi, səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyətləri  ilə seçilən, istefada olan Mayor Səlimova Rəsmiyyə Dadaş qızının  noyabr ayının 13 - də dünyaya göz açdığı gündür. 

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada  olan mayor  Səlimova  Rəsmiyyə Dadaş qızını, belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunlarının   ehtiyatda və istefada olan zabitləri, kollektivi,  Rəsmiyyə xanımın doğmaları, əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və  həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rəsmiyyə xanım qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Qeyd edək ki, istefada olan mayor Səlimova Rəsmiyyə Dadaş qızı  1966-cı ilin noyabr ayının 13- də Azərbaycan Respublikasının  Ağdam rayonun   Güllücə kəndində zəhmətkeş bir ailədə anadan olub.

1983-cü ildə  Ağdam rayonun Güllücə kənd orta məktəbini, 1995-ci  ildə Azərbaycan Dövlət Universitetini bitirib.

1995-2015-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin əməliyyat axtarış bölməsində əməliyyat müvəkkili, mətbuat xidmətində müxbir, arxiv bölməsində isə zabit  və bölmə rəisinin müavini vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.Hal hazırda Azərbaycan Peoqoji Universitetində  müəllim vəzifəsində çalışır.
 Mayor Rəsmiyyə Səlimova Daxili  Qoşunlarda xidmət etdiyi illər ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində  üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Rəsmiyyə  xanım bir çox hərbi qulluqculara, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,əmr və sərançamlatın  dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
 Öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və  hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə  görə  Azərbaycan Respublikasının Daxili İşlər  Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə  əlacı və yubiley döş nişanları ilə, fəxr fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və  aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Rspubilkası Silahlı Qüvvələrinin  10  illiyi  (1918- 2008)”   yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi  ( 1918- 2013)”  yubiley   medalı ilə;
3.”Qüsursuz  xidmətə görə” 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;
4.”Qüsursuz xidmətə görə 3-cü    dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏSMİYYƏ XANIM!
 
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages