Təbrik:Mayor Qədir Cəlilov - 72



Hər kəs həyatda ömür paynı yaşayır. Xoşbəxt o,insandır ki,adı, ünvanı el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki,el sevgisi qazanır,xalqın,işlədiyi (xidmət etdiyi)  kollektivin istəklisinə çevrilir,hamı böyüklü- kiçikli onun  xətir hörmətni saxlayır. Həmin insanların ömürlərindən çoxlarının ömürünə işiq düşür.Birdə ki,ömur o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömur insanlıqda xidmətə yönəldilir, bəşəriyyətə, ailəyə, cəmiyyətə xidmət edir.     
Belə ömür yaşayan insanlardan biri də, alicənablığı, yüksək peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, idarəçilik qabiliyyəti, təvazökarlığı, işgüzarlığı, iradi və mənəvi keyfiyyətilə  ilə seçilən, ömrünün ən  məhsuldar dövrünün 20 ildən çox şərəfli xidmət yolunun 2 -ilini Sovet ordusunda hərbi xidmətdə,  18 ilini isə, Daxili işlər Nazirliyinin (DİN-in)   Dövlət Yanğın Təhlükəsizliyi  İdarəsində və DİN-in Daxili Qoşunlarında müxtəlif vəzifələrdə keçirmiş, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Cəlilov Qədir Heydər oğlunun noyabr  ayının 23-də  dünyaya göz açdığı gündür 

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan-  istefada olan    mayor Cəlilov Qədir Heydər oğlunun noyabr ayının 23- də anadan olması münasibətilə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları,yaxınları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Qədir  müəllim qoy  yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən  daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
  
Zəngin iş təcrübəsi və peşəkarlığı ilə öhtəsinə düsən vəzifələri və ona həvalə olunan çoxşaxəli işləri  həmişə ləyaqətlə yerinə yetirmiş Cəlilov Qədir Heydər  oğlu 1952 -ci ilin  noyabr  ayının   23-də  Bakı şəhərində  zəhmətkeş bir ailədə  anadan olub.
 Hər kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq yaradan hörmətli veteranmız- istefada olan Mayor Qədir Cəlilov 1965-ci ildə Bakı şəhəirndə Musiqi məktəbini, 1969 cu ildə Bakı şəhərində 160 nömrəli orta məktəbi, 1973 -cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1980 – ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Xarkov Yanğın texniki məktəbi bitirib.O,Din-in Dövlət Yanğından Mühafizə İdarəsində və Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox  təlim- metodiki   toplanışlarda, müvafiq kurslarda,  xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
İşgüzar,çalışqan, işinə qətiyyətli,  mübariz keyfiyyətli  Qədir Cəlilov 1976-1994 -ci illərdə  Daxili İşlər Nazirliyinin  Dövlət Yanğından Mühafizə İdarəsinin Suraxanı rayon şöbəsində yanğından mühafizə üzrə müvəkkil, baş müvəkkil və şöbə  rəsinin müavini,  Din-in Daxili Qoşunların  Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissənin döyüş hazırlığı bölməsındə qoşun xidməti üzrə   zabit  və baş zabit  vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
  İctimai işlərdə fədakarlıq göstərən,dostlarna, yaxınlarına, qonşularına və həmkarlarına isti  münasibətdə  olan Qədir Heydər oğlu Cəlilov  DİN-in Dövlət Yanğından Mühafizə İdarəsində və  Din-in  Daxil Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, dövlət yanğından mühafizə   idarəsi haqqında    əsasnamələrin, təlimatların,əmr və  sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları və Daxili Qoşunların  hərbi qulluqçuları üçün  şəxsi  nümunə olmuşdur.

Yorulmaz,xeyirxah İnsan, bu gün əsl vətəndaş mövqeyi ilə seçilən,mayor Qədir Heydər oğlu Cəlilov, Dövlət Yanğından Mühafizə İdarəsində və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində,  özünü    qorxmaz , insanpərvər, əli açıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir. O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi mühitdə,  dost -tanış, qohum- əqrəba,qonşu, döyüşcu yoldaşları   arasında özünə layiq hörmət qazanmışdır 

Qanunvericilikilə müəyyən olunmuş qaydada   DİN- in Yanğından Mühafizə İdarəsinə və DİN-in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə , yaşayış məntəqələrində və kütləvi- tədbirlərin  keçirilmə yerlərində  ictimai asayişin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində, yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində kütləvi ixğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və  komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində,  cinayətkarlığa qarşı mübarizədə, dövlətin ərazi bütövlüyün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtdəsindən layiqincə gəlmişdir.
  
Daxili və  hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, peşə və kamadir hazırlığında,  hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və  xidmət  keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə  görə SSRI  və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin və onun müavinlərini,   Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Xarkov  yanğından mühafizə məktəb rəisinin,DİN-in Dövlət Yanğından Mühafizə İdarə rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə  bir sıra medalarla, əla xidmətlərə görə  əlacı və yubiley döş  nişanları ilə təltif edilib, bir çox fəxri fərmanla, qiymətli hədiyyələrlə,  mükafatlandırlıb və ona  təşəkkür elan olunub. 
  
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, QƏDİR MÜƏLLİM !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə    Veteranı 
 polkovnik  Salman  Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages