Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan- ehtiyatda olan mayor Xankişiyev Elnur Fərhad oğlunun noyabr ayının 12-də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan mayor Elnur Fərhad oğlu Xankişiyevi belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların istefada və ehtiyatda olan zabitıəri,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Elnur qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Xankişiyev Elnur Fərhad oğlu 1980-ci ilin noyabr ayının 12-də Neftçala rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1997-ci ildə Neftçala rayon 4 nömrəli tam orta məktəbi, 2008-ci ildə isə Din-in Daxili Qoşunların orta ixtisas hərbi məktəbini bitrib.
1999-2001-cü illərdə Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
2001-2019-cu ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmişdir.
Elnur Xankişiyev öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetiriməsi işində daimi nününə olmuşdur.
Mayor Elnur Xankişiyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmiş, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizəsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda alan şəxslərin axtarılmasında, tutlmasında və zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında,qəzalar,bədbəxt hadisələr ,yanğınlarvə təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində - ehtiyatda olan mayor Elnur Xankişiyev üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
E. Xankişiyev peşəkarlığı, səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işgüzarlığı, mənəvi keyfiyyəti, sadəliyi, səmimiyyəti, dəqiqliyi və təmkinliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hissələrində hərbi xidmətdə keçirərək, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə -ehtiyatda olan mayor Elnur Xankişiyev Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin, orta ixtisas hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olub, bir çox fərmanlarla,diplomlarla, və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubley medalı ilə;
2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubley medalı ilə;
3.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim illi xidmətə görə;
4.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ELNUR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder