Təbrik:Mayor Azad Məmmədov- 61




 İnsan var ki,onun ömürlüyü bir vərəqə ancaq yerləşir,insan da var ki,onun ömrünün təsviri bir kitabada sığmır.Belə insanlardan biridə, Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının hərbi hissələrində xidmət rəisi vəzifələrində xidmət etmiş,    yüksək peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,təvazökarlığı,vətənpərvərliyi,dəqiqliyi,təmkinliyi,işgüzarlığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 17 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş   -  istefada olan mayor Məmmdov Azad Əmir    oğludur.  Noyabr ayının   6- da onun dünyaya  göz açdığı gündür.
  Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan  - istefada olan mayor  Məmmədov Azad Əmir oğlunu, belə bir əlamətdar  gün munasibətilə DİN-in Daxili  Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş
yoldaşları səmimi qəlbdən təbrik  edir, səbəbkara  həyatda insan ucun ən şirin  nemət olan möhkəm cansağlığı,uzun mənalı ömür və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Azad müəllim qoy yaşının üstə gələn bu yaş da  sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə  səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
  Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimayət arasında  özünəlayıq hörmət  qazanmış- mayor Məmmədov Azad Əmir  oğlu   1963 - cü ilin  noyabr ayının 6- də  Qəbələ rayonun Vəndam qəsəbəsində ziyalı ailədə  anadan olub.    
 Heç kəsi özündən incitməyən, xoş rəftarı  və şirin dili ilə hər kəslə  doğmalıq münasibəti yaradan-mayor Azad Məmmədov 1981 - ci ildə  Qəbələ  rayonun  Vəndam qəsəbə  tam orta məktəbini,1987-ci ildə Kiyev Dövlət İnşaat Mühəndislər İnstitunu,1993-cü illdə Azərbaycan Dövlət İqtisadiyyat Univeristetini,2010 -cu ildə isə Azərbaycan Respubilkasının Prezidenti yanında  İdarəclik Alademiyasını  bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Bas İdarəsin də və  hərbi hissələrində keçirlən  bir çox  təlim-metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə,  komanda - qərargah   məşqlərində, seminar və konfranslarda fəal iştirak edib .
  Azad Məmmədov  1981 - 1983-cü illərdə  Sovet ordusunun Zakafqaziya dairəsində yerləşən hərbi hissələrin  birində müddətli həqiqi hərbi xidmətdə olub.
1994-2009  cu illərdə  Daxili İşlər Nazirliyinin   Daxili Qoşunların Bas İdarəsinin Xacmaz (Yalama qəsəbəsində) və Xəzər rayonlarında, Sumqayıt şəhərində,Nərmanov və Zakatala  rayonlarında yerləşən hərbi hissələrində və hərbi  hospitalda maliyyə xidmət rəisi vəzifələində Vətənə  və Xalqa  sədaqətlə    xidmət etmişdir. “Hərbi Xidmətkecmə haqqında” əsasnamənin  156-cı maddəsinin j) bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Baş İdarəsinindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.2009-cu illdən YAP Səbail rayon təşkilatının üzvüdür. 2 övlad atasıdır.
 Mayor Azad Məmmədov qanunvericilikilə müəyyən olunmuş qayda Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində  kütləvi  iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin  təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant  saatı zamanı hüquqi rejim tədbirlərin həyata kecirilməsində və Azərbaycanın  ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir
       
 Hərbı yoldaşları Azad Məmmədovu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
 Mayor Azad Məmmədov Din-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirnin müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlacl   və yubiley  döş nişanları ilə təltif olunub, bir çox  fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırlıb və ona təşəkkur elan edilib.
       Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini  yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı  medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi ( 1991 - 2001)” yubiley  medalı ilə;

2.”Azərbaycan Respubilkasının Silahlı Qüvələrinin 90 illiyi (1918-2008)”  yubiley medalı ilə;

3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;


4."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

DOĞUM GÜNÜN MÜBARƏK AZAD MÜƏLLİM !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik  Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages