1993- 2005- cı illərdə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək peşəkarlığı,insanpərvərliyi, xeyirxahlığı, sadəliyi,
səmimiyyəti, səmərəli fəaliyyəti, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, ehtiyatda olan kapitan Elşad Əsədovun noyabr ayının 15 - də dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan kapitan Elşad Əsədovu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Elşad qoy hər yeni yaşınız sizə sevincdolu günlər bəxş etsin, hər yeni güiniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Əsədov Elşad Elman oğlu 1972-ci ilin noyabr ayının 15 -də Bakı şəhərində zəhmətkeş bir ailədə
anadan olub.
1989 – cu ildə Sabuncu rayon 252 nömrəli tam orta məktəbini, 1993-ci ildə Bədən Tərbiyəsi və İdman Akademiyasını, 1998-cu ildə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabit heyətinin ilkin hazırlığı kursunu bitrib.
1993-995-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.1995-1998-ci illərdə Daxili Qoşunların Nərmanov rayonunda yerləşən hərbi hissələrin birində gizir vəzifəsində,1998-2005 - ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Zakatala və Hacqabul rayonlarında yerləşən hərbi hissələrində idman və fiziki hazırlıq rəsi,alayın qərargahınnda döyuş təlimi üzrə zabit,tədris bölüyün komandiri vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.”Hərbi xidmətkecmə haqqında’ əsasnamənin 156 -cı madəsinin v) bəndinə əsasən,xəstəliyə görə Silahlı Qüvvələrdən ehtiyata buraxlıb.
Elşad Əsədov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara səxsi nümunə olmuşdur.
O, Daxili Qoşunlard xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi və hərbi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Qanunvericiliklə müəyyən edilmiş qaydada DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, dövlət əhmiyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,terrorizmə və cinayətkarlığa qarşı mübarizədə,silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata kecirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir çox fərmanlarla və qiymətli hədiyyələrlə, əlaçı, müvafiq idman dərəcəsi və yubiley döş nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində və ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)”yubiley medalı ilə;
2.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Hərbi və iş yoldaşları Elşad Əsədovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELŞAD!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının
Silahlı Qüvvələr
və Müharibə
Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder