Təbrik: Vətən müharibəsi iştirakçısı kapitan Vüsal Sadıxov


     
 Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının  hərbi hissələrində   müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı,sadəliyi, səmimiyyəti,səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyəti  ilə seçilən, 44 günlük Vətən müharibəsi iştirakçısı,2-ci qrup müharibə əlili- ehtiyada olan   kapitan  Sadıxov Vüsal Alixan oğlunun  noyabr ayının  23 -də  dünya göz açdığı gündür.
      
 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan  kapitan   Sadıxov Vüsal Alixan oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyinin Daxili   Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və  iş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Vüsal  qoy yaşının  üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Kapitan  Sadıxov Vüsal Alixan oğlu   1988 - ci  ilin
 noyabr ayının 23- də Azərbaycan  Respublikasının Ağstafa rayonunun  Sadıxlı kəndində  zəhmətkeş bir ailədə anadan olub. 
   
2006 - ci ildə Ağstafa rayon Sadıxlı kənd M. Məmmədov  adına  tam orta məktəbi, 2014-cü  ildə    Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orta  ixtisas hərbi   məktəbini, 2018-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını  bitrib. 

Vüsal Sadıxov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə,  xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində, artilleriya  və xüsusi təyinatlı bölmələrin hazırlığı kurslarında, seminar və konfranslarda fəal iştirak edib. 
    
2008- 2009- cu illərdə Azərbaycan  ordusunda müddətli həqiqi hərbi xidmətə olub.  

2009-2021 - cü    illərdə  DİN-in Daxili Qoşunlarının  hərbi hissərində və və orta ixtisas məktəbində müxtəlif vəzifələrdə Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. 44 -günlük Vətən Müharibəsi zamanı Kəlbəcərin azad edilməsi uğrunda gedən   döyüş əməliyyatlarında ağır yaralanıb. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin v) bəndinə əsasən xəstəliyə görə Daxil Qoşunlardan Sillahlı Qüvvələrə ehtiyata buraxılıb.

Vüsal Sadıxov qanunvericiliklə  müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat  anbarların mühafizəsində,   yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin qorunmasında  və ictimai  təhlükəsizliyin təmin olunmasında,  bədbəxt hadisələr,yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa  fövqaladə hallar, habelə  fövqalədə  vəziyyət  və komendat saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində,44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan  olunması uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
Hərbi və iş yoldaşları kapitan  Vüsal Sadıxovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.Vüsal Alixan oğlu Sadıxov  istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
Vətən müharibəsi iştirakçısı V.Sadıxov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      
Öz xidməti  vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  fəriqləndiyinə  və digər xidmətlərinə görə Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirin  müvafiq əmrləri ilə  əlacı  və yibiley  döş nişanları ilə təltif olunub,bir çox fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunub və aşağıdakı medallarla təltif edilib:

1.”Azərbagcan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013) yubiley medalı ilə.


3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10  təqvim ili xidmətə görə; 

Azərbaycan Respublikasının  işğal altında olan torpaqlarının azad edilməsi uğrunda  aparılmış 44 günlük Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə aşağıdakı medallarla təltif olunub:

1.”Kəlbəcərin azad olunmasına görə” medalı ilə;

2.”Hərbi xidmətlərə görə” medali ilə;

3.”Vətən müharibəsi iştirakçısı” medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  VÜSAL!!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 
BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə   Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages