İnsan ücün yada qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi, qayğıkeşliyi,dəqiqliyi,təmkinliyi,vətənpərvərliyi, sadəliyi,səmimiyyəti insanpərvərliyi, işğüzarlığı, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə həkim kimi keçirmiş, hal-hazırda Xaçmaz rayonunun Mərkəzi xəstəxanasının Poliklinikasında həkım vəzifəsində calışan, müharibə veteranı- ehtiyatda olan tibb xidməti kapitanı Əliyev Nazir Şəmsəddin oğlunun noyabr ayının 18-də dünyaya göz açdığı gündür.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında tibb xidməti sahəsində özünə məxsus yeri olan, vətənsevər daimi həyatın bütün snaqlarından alnıacıq və üzüağ çıxan, müharibə veteranı - ehtiyatda olan tibb xidməti kapitanı Nazir Əliyevi doğum günü münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Nazir həkim qoy yaşının üstə gələn bu yaşda sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Vətənə, xalqa şərəflə xidmət etmiş, sadə və təvazükar insan,zəngin mənəviyyat sahibi olan- tibb xidməti kapitanı Nazir Şəmsəddin oğlu Əliyev 1971-ci ilin noyabr ayının 18- də yurdumuzun axarlı- baxarlı yerlərindən olan Şabran (Əvvəlki Dəvəçi) rayonunda zəhmətkeş ailədə anadan olub.
1988- ci ildə Şabran (əvvəlki Dəvəçi) şəhərində 3 nömrəli tam orta məktəbi gümüş medala bitrdikdən sonra, 1989 -cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 1- ci müalicə- profilaktika fakültəsinə daxil olub, 1995- ci ildə isə həmin institutu bitrib. Daxili işlər nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki- təlim toplanışlarda, seminar və konfranslarda, xüsusi taktiki təlimlərdə fəal iştirak edib.Nazir Azərbaycan Respublikasında və Türkiyə Cümhuriyyətində bir neçə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda ixtisasartırma kurslarında olub.
Azərbaycan Respublikasının Müharibə Veteranı- ehtiyatda olan tibb xidməti kapitanı Nazir Əliyev 1992 - 2008 - ci illərdə Azərbaycan Ordusunun və Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ağdərə, Ağdam, Kəlbəcər, Füzuli, Lənkəran, Xaçmaz (Yalama qəsəbəsində) və Quba rayonlarında yerləşən hərbi hissələrində Həkim- Terapevt, Tibb Məntəqəsinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Nazir Əliyev Daxili Qoşunların Bas İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra öz ixtisası üzrə Quba və Xaçmaz rayonlarında özəl tibb müəssisələrində çalışıb, hal -hazırda Nazir həkim Xacmaz rayonun Mərkəzi Xəstəxanasının poliklinikasında həkim vəzfəsində işləyir.
Nazir həkim 1992- 1994 -cü ilərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Kəlbəcər, Ağdərə və Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Bu müddət ərzində o, şəxsi heyət arasında tibbi profilaktika tədbirləri həyata keçirmiş, çoxlu sayda yaralılara vaxtında ilkin tibbi yardım göstərərək, şəxsi fədakarlıq nümunələri göstərmişdir.O,ardı- arası kəsilməyən döyüşlər zamanı öz vəzifəsini layiqincə yerinə yetirərək, ağır yaralılara təcılı yardım göstərmiş, onların mərkəzi tibb müəssisələrinə vaxtında çatdırılmasına nail olmuşdur.
Döyüşçülərlə ön mövqeydə çiyin- çiyinə döyüşən Nazir həkim onların sağlamlığı ilə problemləri vaxtında həll edə bilmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi Andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Hərbi və döyüşcu yoldaşları Nazir həkimi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş həkim kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və işlədiyi mühitdə, istərsə də dost - tanış , qohum- əqraba, qonşu,ünisiyyətdə olduğu həmkarları və üzvü olduğu böyük ailənin arasında özünə böyük hörmət qazanıb.
Yüksək insani keyfiyyətləri ilə və kamil həkimlik peşəsinə qadir Nazir həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyinin təmin edilməsində,cinayətkarlığa qarşı mübarizədə,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, axtarışda olan şəxslərin və silahlı birləşmiş dəstələrin axtarışında,tutulmasında zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunub,bir cox fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkur elan edilib.
Öz vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2010)” yubiley medalı ilə;
2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubileyi medalı ilə;
3.” Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 3 -cü rəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
NAZİR HƏKİM, DOĞUM GÜNÜN MÜBARƏK!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musaye.
Hiç yorum yok:
Yorum Gönder