Daxili işlər orqanlarının və Daxili Qoşunların həyatında
öz- dəst xətt olan, zəngin təcrübəsi, yüksək peəkarlığı, humanistliyi,alicənablığı,səmimiyyəti və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində və Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat şöbəsinin baş zabiti vəzifələrində, Daxili Qoşunların Gəncə şəhərlərində, Lənkəra,Hacıqabul,Xəzər Nərimanov və Sabunçu rayonlarında yerləşən hərbi hissələrində, hərbi hissə komandirinin müavini-qərargah rəisi, hərbi hissə komandiri vəzifələrində, DİN-in isə A. Heydərov adına siravı və kicik rəis heyəti hazırlayan məktəb rəisi vəzifəsində xidmət etmiş hörmətli Veteranımız- istefada olan polis polkovniki Ramiz Abdulla oğlu Abdullayevin noyabr ayının 28- də dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün çətinliklərindən alınıaçıq və üzüağ çıxan, ıstefada olan pokonik Ramiz Abdullayevi doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və iatefada olan zabitləri, kollektivi, doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı,ailə səadəti və həyat yollarinda bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Ramiz müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin!
Polkovnik Rramiz Abdulla oğlu Abdullayev Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daqxili Qoşunlarında və A.Heydərov adına Siravı və kicik rəis heyəti hazırlayan məktəbdə rəhbər vəzifələrdə xidmət etdiyi müddətdə vəzifə borclarının icracına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə tabeliyində olan hərbi qulluqçuları və polis əməkdaşlarını fədəkar xidmətə ruhlandırmışdır.
Cinayətətkarlığa qarşı mübarizədə, içtimai qaydanın qorunmasında və içtimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və islah əmək müəsisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, mühüm dövlət əhəmiyyətli obyektlərin və hüquq mühafizə orqanlarının inzibatı binalarının mühafizə olunmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinhəyata kecirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirmişdir.
Vətənə, xalqa sədaqətlə xidmət etmiş, sadə insan, zəngin mənəviyyat sahibi Polkovnik Ramiz Abdullayev Daxili Qoşunlarda və Daxili İşlər Orqanında xidmət etdiyi illər ərzində bir çox peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, siravi və kiçik rəis heyətinin yetişməsində xüsusi əməyi olmuşdur. O, təqaüdə çıxdıqdan sonra da şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında öz bilik və baçarığını onlardan əsirgəmir.
Qayğıkeş, təvazökar insan və sədaqətli dost, Ramiz Abdullayev Veteran kimi, Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların ictimai həyatında yaxından iştirak edir, zəngin həyat və xidməti təcürbəsini gənclərlə bölüşür, onun belə əzmkar fəaliyyətinin,vətənpərvərliyinin, dövlətçiliyə sadiqliyinin baris nümnəsidir.
Harada hansı vəzifədə çalışmasından aslı olmayaraq, kollektivin rağabətini qazanmış Ramiz Abdullayev çox dəyərli bir insandır. Bu günkü gündə Ramiz Abdullayev cəmiyyətin qabaqda gedən, sayılıb-seçilən insanlardan biridir. O bu səviyyəyə öz gücü, bacarığı,təcürbəsi, çalışqanlığı və təşkilatçılığı səviyəsində ucalıb. Heç kəsi özündən incitməyən, əksinə, xoş və səmimi rəftarı və şirin dili ilə hər kəslə doğmalıq yaradan müharibə veteranı istefada olan polkovnik Ramiz Abdullayevi tanıyanlar onun necə tələbkar insan olduğunu çox yaxşı bilirlər. Ramiz Abdullayevin qiymətli cəhətlərindən biri də onun sadə, təvazökar, qeyrətli vətənpərvər olmasıdır. Böyüklə-böyük, kiçiklə-kiçik olan, sözu ilə əməli düz gələn bir gözəl insan doğma Azərbaycanmızın bu günü, sabahı ilə bağlı daimi düşünür,ölkəmizi daimi qüdrətli, güclü və firavan görmək istəyir . Buradaca onun əsas devizi olan kəlamını qeyd etmək yerinə düşərdi. «Mənimlə düz danış, düz otur, düz dur, düz dolan, düz davran”.
Nəcib davranışa və yüksək mədəniyyətə malik olan, Ramiz Abdulla oğlu Abdulayev hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmaq daima qələbə qazanmışdır.Bu insan üçün ən meyar, başlıca amal qürurunu saxlamaqdan ibarət olub. O,harada işləməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur buna görə də heç kəsin qarşısında gözü-kölgəli və borclu qalmamışdır.Bütun bunlara görədir ki, Ramiz Abdullayev həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyətinin, işgüzar fəaliyyətinin toxunmazlığını gözləmiş, nüfuzunu qorumuş, vüqarını daima yüksək saxlayaraq, alnı açıq və başı uca gəzmişdir. Xalqa, elə, obaya, dövlətə xidməti, özü də etdiklərini sinəsi el-oba qatğılı, vətən qüdrətli, öz fəaliyyətini göstərmişdir.
Vətən,xalq üçün şücaətlə vuruşan, Ramiz Abdullayev xidmətdə fəriqləndiyinə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Daxili Qosunlar komandanının, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Çalışqan işgüzar, işinə qətiyyətli, mübariz keyfiyyətli, ictimai işlərdə fədakarlıq göstərən,doistlara, yaxınlarına isti münasibətdə olan, polkovnik Ramız Abdullayev Azərbaycan Respublikasının prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri bir sıra medalarla təltif olunub.
İctimai əsayişin təmin edilməsində, hüquq qaydalarının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrinin və xüsusi tapşırıqlarn yerinə yetirilməsində fəriqləndiyinə görə, Azərbaycan polis günü münasibətilə Azərbaycan Respublikasının Prezdentinin müvafiq sərəncamı ilə ilə polkovnik Ramiz Abdullayev “VƏTƏN UĞRUNDA” medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN HÖRMƏTLİ RAMİZ MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN! BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder