Hər kəs həyatda ötən ömur paynı yaşayır.Xoşbəx o insandır ki, adı ünvanı, el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el sevgisi qazanır, xalqın,işlədiyi kollektivin istəklisinə çevrilir, hamı böyüklü- kiçikli xətir hörmətini saxlayır.
Həmin insanların ömrürlərindən çoxlarının ömürünə işiq düşür.Birdə ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömür insanlarıda xidmətə yönəldilir, bəşəriyyətə,ailəyə, cəmiyyətə xidmət edir .Belə ömür yaşayan insanlardan biridə , Daxili işlər orqanlarında və Daxili Qoşunların həyatında öz – dəsti xətti olan, dərin zəkası və gözəl nitqi qabiliyyəti ilə seçilən-Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan pokonik Qənbərov Mətləb Barat oğludur.Noyabr ayının 24 - də onun dünyaya göz acıb.
Daimi həyatın bütün çətinliklərindən alınıaçıq və üzüağ çıxan -Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyyatda olan polkovnik Qənbərov Mətləb Barat oğlunu doğum günü münasibətilə,Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları,iş və döyüşcu yoldaşları səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər ki,
Mətləb qoy yaşının üstə gələn bu yaşda siz sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin .
Bu gün əsli vətəndaşlıq mövqeyi ilə secilən, Azərbaycan Respublikasının Silahll Quvvələr və Müharibə veteranı - ehtiyatda olan polkovnik Qənbərov Mətləb Barat oğlu 1969 cu ilin noyabr ayının 24 - də Ağcabədi rayonunda ziyalı ailəsində anadan olub.
1986 -ci ildə Şuşa şəhər orta məktəbini,1992 – cı ildə Azərbaycan Politexnik institutunu,1997 -ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.O,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir cox xüsusi -taktiki təlimlərdə, təlim- metodiki toplanışlarda, nümnəvi- göstərici məşğələlərdə, komanda-qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak edib.
İşgüzar, çalışqan , işinə qətiyyətli, mübariz keyfiyyətli olan, Mətləb Qənbərov 1987 1988-ci illərdə Sovet Ordusunun Leninqrad şəhərində yerləşən tank alayında müddətli həqiqi hərbi xidmətdə olub.
1992- 2004 -cü ilərdə Daxili İşlər Nazirliyinin Bələdiyyə polisində müxtəlif vəzifələrdə 1994 -2018-ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacqabul, Zakatala,Xətai rayonlarında Gəncə şəhərində yerləşən hərbi hissələrində (birqadada) xüsusi təyinatlı dəstənin (ilk) komandiri , hərbi hissə komandirinin hüquq işlər üzrə baş köməkçisi , hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin Şəxsi heyətlə iş idarəsində mənəvi- pisxoloji hazırlığı şöbəsinin rəsi vəzifələrində Vətənə, xalqa sədaqətlə xidmət edib.
Hər kəsi özündən incitməyən ,xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq, yoldaşlıq münasibətləri yaradan,polkovnik Mətləb Qənbərov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi aparatında müvafiq vəzifədə işləyir. Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvüdür və vəkillik fəaliyyəti ilə məşğuldur.
O,Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, saxavətli,əliacıq, zəhmətkeş zabit kimi dəyərləndırırlər. O,orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsədə xidmət etdiyi və işlədiyi mühütdə,isərsədə dost- tanış, qohum- əqraba, qonşu arasında özünə layiq hörmət qazanmışdır.
Yüksək vətənpərvərliyi ılə saylıb secilən, ehtiyatda olan polkovnik Mətləb Barat oğlu Qənbərov peşəkarlığı,humanistliyi,sadəliyi,səmimiyyəti, dəqiqliyi, təmkinliyi,insanpərvərliyi ilə seçilən, şərəfli ömrünün ən məhsuldar dövrünün 28 ( iyrimi şəkiz) ildən çox şərəfli xidməti yolunu Daxili işlər orqanlarında və hərbi xidmətdə keçirib.
Yorulmaz, xeyirxah,təşkilatcı və qayğıkeş insan, Mətləb Qənbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində )gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
İctimai işlərdə fədakarlıq göstərən, dostlara, yaxınlarına, xidmət etdiyi , işlədiyi iş və döyüşcu yoldaşlarına isti münasibəti olan, polkovnik Qənbərov Mətləb Barat oğlu,Daxili İşlər orqanlarında və Daxili Qoşnlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox polis əməkdaşları və hərbi qulluqçuları ücün şəxsi nümnə olmuşdur.
Harada hansı vəzifədə çalışmasından asılı olmayaraq kolektivin daimi rəğbətini qazanmış Mətləb Barat oğlu Qənbərov Daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi müddətdə,hərbi təchizat anbarıarın,inzibatı binaların və dövlət əhmiyətli obyektlərin mühafizə olunmasında, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarışında və tutulmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəzisliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələlərində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata kecirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
Yüksək peşəkarlığı, geniş iş təcrübəsi və işgüzarlığı ilə secilən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı Mətləb Barat oğlu Qənbərov Daxili Qoşunların Baş İdarəsinində xidmət edərkən bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən öz səmərəli fəaliyyəti ilə, təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə Daxili Qosunlar komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
Nəcib davranışa və yüksək mədəniyyətə malik olan, polkovnik Qənbərov Mətləb Barat oğlu hərbi və polis xidməti vəzifələrinin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə, Daxili İşlər Nazirinin, Daxli Qoşunlar Komandanın və onun müavinlərinin, və xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən əla xidmətlərə görə əlacı, idman dərəcəsi və yubiley döş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, təşəkkür elan edilib.
Alicənablığı, səmimiyyəti və təvazökarlığı ilə seçilən, dostlarının və yaxınlarının ehtiramna layıq görlən, Mətləb Qənbərov dövlətin ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin sərancamı, Daxili İşlər Nazirinin isə müaviq əmrləri ilə aşağıdakı medallarla təltif olunb :
1."Hərbi xidmətlərə görə” medalı ilə;
2."Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;
3.“Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə ;
4."Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidməltə görə” 3 -cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
6."Azərbaycan respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
7."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi ( 1918- 2008)” yubiley medalı ilə
8."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi ( 1918- 2013)”yubiley medalı ilə.
BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN MƏTLƏB !
100 YAŞA, SAĞLA YAŞA!
YUBİLEY GÜNİZ MÜBARƏK OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder