Ömür yolu o,zaman ləyaqətli və şərəfli olur ki, o insan ağılına gəlməyən çətinliklərə düçar olsun, qarlı aşırmalardan,əlçatmaz zirvələrdən aşsın, dərin dərələrdən,sıldırımlı qayalardan vüqarla və cəsarətlə keçsin.
İnsan üçün ən yaddaqalan tarixlərdən biridə, onun doğum günüdür.Belə insanlardan biri də Daxili işlər nazirliyinin islah- əmək məsəllərində və Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Maliya- plan şöbələrində maliyyə xidməti sahəsində özünə məxsus yeri olan,zəngin təcrübəsi, peşəkarlığı, hümastliyi,dəqiqliyi, sadəliyi, səmimiyyəti,təmkinliyi, işgüzarlığı,iradı və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda keçirmiş, müharibə veteranı- istefada olan polkovnik-leytenant Sultan Axundovdur. Noyabr ayının 19- da onin dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, vətənsevər,xalqa şərəflə xidmət etmiş, müharibə veteranı- istefada olan pokonik leytenant Axundov Sultan Paşa oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,yaxınları,iş və döyüşcu yoldaşları, səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin
nemət olan möhkəm cansağlığı arzi edib deyirlər, Sultan qoy yaşının üstə gələn bu yaş da, sənə sevincdolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Yüksək mənəvi və əxlaqı keyfiyyətləri ilə seçilən - polkovnik leytenant Sultan Paşa oğlu Axundov 1957 -ci ilın noyabr ayının 19 - da Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1974 - cü ildə Bakı şəhərində 56 nömrəli ümümü peşə liseyli tam orta məktəbi,1978 -ci ildə Kənd Təsərrüfatı İnstitutunun Ekonomist fakultəsini bitirib.
1978-1979- cu illərdə Sovet Ordusunun Mingəçevir şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
Vətənə, Xalqa şərəflə xidmət etmiş, sadə və təvazükar insan, zəngin mənəviyyat sahibi istefada olan polkovnik-leytenant Sultan Axundov 1980- 1991 ci İllərdə Daxili işlər Nazirliyinin İslah-əmək müəssisələrində maliyyə xidmət rəisi, maliyyə-plan
şöbəsində bölmə rəisi,1991- 2001-ci illərdə isə Daxili Qoşunların Bas İdarəsinin Maliyyə-plan şöbəsində bölmə və şöbə rəisiləri vəzifələrində xidmət edib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra öz ixtisası üzrə bir sıra özəl şirkətlərdə calışıb.
1991- ci ildə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların Azərbaycan Respublikasının Daxili işlər Naziriliynin tərkibinə verilməməsi ilə əlaqədar təhvil - təslim komissiyasının üzvü olaraq ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir
Sultan Axundov Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi , daxili qoşunların döyüş xidməti, daxili işlər nazirliyinin isə post-patrul xidməti nizamnamələrinin tələblərinin, eləcədə ona həvalə edilmiş vəzifə borclarının yerinə yetirilməsində polkovnik leytenant Sultan Axundov öz tabeciliyində olan şəxslərə və bir cox hərbi qulluqçulara daimi şəxsi nümunə olmuşdur.
Hərbi, polis və döyüşçü yoldaşları, Sultan Axundovu vətənpərvər, qorxmaz, əliacıq, səxavətli,insanpərvər zəhmətkeş zabit kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və çalışdığı mühitdə, isərsədə dost-tanış, qohum- əqrəba ,qonşu, ünisiyyətdə olduğu həmkarları və üzvü olduğu böyük ailə arasında özünə layiq hörmət qazanmışdır
Qanunvericiliklə müəyyən olunmuş qayda Daxili işlər orqanlarına və Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və islah- əmək müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, dövlətin ərazi bütövlüyünin təmin olunmasında,qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlərin və başqa fövqaladə hallar (fövqaladə vəziyyət və komendant saatı) zamanı hüqüq rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən məsuliyyət hissi ilə gəlməmişdir.
Polkovnik leytenant Sultan Axundov öz xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və digər xidmətlərinə görə SSRI və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin,onların müavinlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, şöbə və idarə rəisinin müvafiq əmrləri ilə bir sıra medalarla, əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOGUM GÜNÜN MÜBARƏK OLSUN SULTAN MÜƏLLİM!
Bir il daha bitdi, amma heç vaxtı kədərlənmə zaman tez keçir deyə, unutma ki, hər kəs eyni şeyi yaşayır.Bu yaşının sonunda arxaya baxdıqda ümüd edirəm, möhtəşəm bir ildi deyərsən. Bütün arzularının gerçəkləşməsi diləyi ilə. Necə belə illəillərə.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder