Təbrik: polkovnik- leytenat Mircalal Seydəliyev - 60




İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə peşəkarlığı, hümanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmiyyəti, vətənpərvərliyi, səmərəli fəaliyyəti, işgüzarlığı,iradı və mənəvi keyfiyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik -leytenant Seyidəliyev Mircalal Bədəl oğludur. Noyabr ayının 10-da onun  60  yaşı tamam olur.

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının  müharibə veteranı- istefada olap polkovnik-leytenant Mircalal Seyidəliyevi doğum günü münasibətə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Mircalal qoy  yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin və hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Mircalal Seyidəliyev 1964-cü ilin noyabr ayının 10-da Ağsu rayonunun Pirhəsənli kəndində zəhmətkeş bir ailədə anadan olub.
1987-ci ildə Bakı şəhərində komsomol məktəbini, 1991- ci ildə Litva Respublikasında xüsusi əməliyyat ali məktəbi, 2007- ci ildə Bakı Dövlət Universitetini bitirib.
1982- 1984 cü illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Moskva və Belqorod şəhərlərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1992- 2017-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (Milli Təhlükəsizlik Nazirirliyin) Hərbi Kəşfiyyat Baş İdarəsində müxtəlif vəzifələrdə Vətənə və Xalqa sədaqətlə xidmət edib.
1992- 1998-ci illərdə Hərbı Əks Kəşfiyyat Baş İdarəsinin Daxili Qoşunlar üzrə Əks kəşfiyyat şöbəsində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kurator olub.
Mircalal Bədəl oğlu Seyidəliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək,üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının müharibə veteranı- istifada olan polkovnik leytenant Seyidəliyev Mircəlal Bədəl oğlu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, hərbi nizamnamələrin, Hərbi- Əks Kəşfiyyat Baş İdarəsi haqqında müvafiq əmrlərin və əsasnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi və iş yoldaşları  Mircalı vətənpərvər, qorxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində,istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost- tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanıb.
Azərbaycan Respublikasında  ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, kütləvi ixtişaşların qarşısının alınmasında, qəzalar,bədbəxt hadissələr,yanğınlar, təbii fəlakətlər və fövqəladə hallar,hərbi  vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və xidmətdə fəriqləndiyinə görə Dövlət Təhlükəsizlik Xidməti rəisinin, ( Milli Təhlükəsizlik Nazirinin), Hərbi-Əks Kəşfiyyat Baş İdarəsinin rəisinin və həmin idarənin şöbə rəisinin müvafiq əmrləri ilə bir sıra medalarla, əla xidmətlərə görə  əlacı  və yubiley döş nişanları ilə təltif edilib və ona təşəkkür elan edilib.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, MİRCALAL!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

100 YAŞA, SAĞLAM YAŞA.

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages