Təbrik: Polkovnik- leytenat Bariz Niftəliyev-60




Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatındaöz dəst- xətti olan,yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı, mənəvi keyfiyyəti, təşkilatçılıq bacarığı ilə seçilən, müharibə veteranı- istefada olan polkovnik leytenant Niftəliyev Baris Orucəli oğlunun noyabr ayininin 24- də dünyaya göz acdığı gündür.

Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan,Bariz Niftəliyevi belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan  zabitləri,doğmaları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Baris qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
     Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik leytenant  Niftəliyev Baris Orucəli oğlu 1964-cü ilin noyabr ayının 24-də Ucar rayonunun Boyat kəndində zəhmətkeş bir ailədə anadan olub.

1982-ci ildə Ucar rayonun Boyat kənd orta məktəbini,1990-cı ildə Bryanskı Nəqliyyat Maşınqayırma İnstitunun avtomobil nəqliyyat fakültəsini bitrib.Tula vilayətində zabit heyətinin ilkin hazırlığı kursu üzrə təhsil alıb.     

1984-1986 -ci illərdə Sovet ordusunun Ukrayna Respubilkasının Ximelinski şəhərində yerləşən hərbi hissələrin birində (vertolyot eskadrilyasında kicik komandir vəzifəsində) müddətli həqiqi hərbi xidmətdə olub.

1990-1991-ci illərdə Avtomobil müəssələrində mexanik və baş mexanik vəzifələrində calışıb.

1992-2014-ci illərdə  Daxili İşlər  Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin  Binəqədi,  Zaqatala,Nərmanov və Qaradağ rayonlarında yerləşən hərbi hissələrdə (Vertolyot  eskadrilyasında) avtomobil taqım komandiri,bölük komandirinin texniki işləri üzrə müavini, tabor komandirinin texniki işləri üzrə müavini, avtomobil və zirehli    texnika xidmətinin rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, hərbi hissə komandirinin maddi -texniki təminat xidmətləri üzrə müavini vəzifələrində xidmət edib.Hal- hazırda Sokar Neft Kəmələri İdarəsində sahə rəisi vəzifəsində calışır.
      Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
      
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
     Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş  vəzifələrin yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin tutulmasında və zərərləşdirilməsində,mühüm dövlət və mühafizə olunan obyektlərin, inzibatı binaların,xüsusi yüklərin,inzibatı binaların və  hərbi təchizat  anbarların mühafizə olnmasında, qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.

Bariz Orucəli oğlu Niftəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
 
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili işlər 
Nazirin,
 Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş nisanları ilə  təltif olunub, bir çox 
fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

1"Qüsursuz xidmətə görə"  1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə  görə;

2.”Qüsursuz xidmətə görə” 2-ci  dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15-təqvim ili xidmətə görə;

3.”Qüsuesuz  xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə, 

4."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  10- illiyi (1991-2001)” yubiley  medalı ilə;

5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90- illiyi (1918-2008)” yubiley  medalı ilə;

6.Azərbaycan Respubilkasının  95- iliyi (1918-2013)” yubiley medalı ilə.


YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN
!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
 Azərbaycan Respublikasının Silahlı  Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages