Təbrik: Polkovnik leytenant Vüqar Məmmədov- 48



 Ömrünün ən məhsuldar dövrünü Azərbaycan Ordusunda və Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarında  keçirirmiş, yüksək peşəkarlığı, hümanistliyi, işgüzarlığı, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, vətənpərvərliyi,xeyirxahlığı, iradı və mənəvi keyfiyyətləri  ilə seçilən- ehtiyatda olan polkovnik-  leytenant  Vüqar Təhməz oğlu Məmmədovun noyabr ayının 24-də dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün sınaqlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan polkovnik-  leytenant Vüqar Məmmədovu 24 noyabr doğum günü münasibətilə DİN- in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları, əzizləri, yaxınları, iş  yoldaşları səmimi qəlbdən təbrik edir, ona cansağlığı və uzun ömür arzulayır.
Qeyd edək ki, polkovnik- leytenant Məmmədov  Vüqar  Təhməz oğlu 1976-cı ilin noyabr ayının 24-də Azərbaycan Respublikasının  Sumqayıt şəhərində zəhmətkeş bir ailədə anadan olub.
V.Məmmədov  1992-cü ildə Sumqayıt şəhər 14 nömrəli orta məktəbin  8-ci sinifi,  1994- cü ildə  isə  Gədəbəy rayonun Məmmədli kənd orta məktəbin 10-cu sinifini, 1998-ci ildə Azərbaycan  Dövlət  Universitetinin “Tətbiq  Riyaziyyat “ fakültəsini, 2003-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən təlim -tədriis mərkəzində zabitlərin   təhkimləşdirmə kursunu  bitrib.
Vüqar Təhməz  oğlu Məmmədov Din-in Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirilən bir çox təlim -metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, zabitlərin komandir hazırlığı dərslərində, seminar və konfranslarda fəal iştirak etmiş və aşağıdakı ixtisasartırma  kursları bitirmişdir:
1.Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində “mühəndis- istehkamcı” kursunu ;
Azərbaycan Respublikasının Ərazilərinin Minalardan Təmizləmə üzrə Milli Agentliyində “minaaxtarma” kursunu;
3.Azərbaycan Respublikasının Ərazilərinin Minalardan  Təmizləmə üzrə Milli  Agentliyində “ Əsas Humanitar Mina axtarma təlimatçı” kursunu;
1999-2000-ci illərdə  Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin birində taqım komandiri  vəzifəsində olub.
2002- 2024-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  hərbi  hissələrində taqım komandiri, bölük komandirinin müavini, bölük komandiri, kimya və mühəndis xidməti rəisi, Daxili Qoşunların Baş İdarəsinin qərargahının mühəndis xidmətində zabit və baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. 
O,Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin mina  və partlamamış döyüş sursatlarından təmizlənməsində  iştirak edərək,ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Vüqar Məmmədov Azərbaycan Respublikası Konstitusiyasınısa və qanunlarına, Hərbi Andın, hərbi və  daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox hərbi qulluqçular və tabeliyindəklər  üçün nümunə olmuşdur
 Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, terrorizmə və cinayətkarlığa qarşı mübarizdə, axtarışda olan silahlı qruplaşdırılmış  dəstə üzvlərinin axtarışında və onların tutulmasında, dövlət əhəmiyyətli obyektlərin, inzibati binaların, hərbi təchizat anbarların mühafizə edilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində,   dövlətin ərazi bütövlüyünün təmin ovunmasında Vüqar Təhməz oğlu Məmmədov üzərinə düşən vəzifə və tapşırıqları layiqincə  yerinə yetirmişdir.
Öz xidməti (ictimai) vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə, səmərəli fəaliyyətinə və xidmət keçdiyi dövrdə göstərdiyi digər  xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanın, onun müavinlərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları ilə, bir çox fərmanlarla , qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrininnin  90 illiyi  (1918-2008)” yubiley medalı ilə;
2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 (1918- 2013)” yubiley medalı ilə;
 3.” Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili  görə; 
4.” Qüsursuz xidmətə görə”  2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.” Qüsursuz xidmətə görə “ 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvərdə 10 təqvim ili xidmətə görə;
 6.” Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə.
 Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə polkovnik- leytenant Məmmədov Vüqar Təhməz oğlu  Azərbaycan Respublikası Prezidentinin  (12 mart  2021-cı il tarixli 2531 saylı) sərəncamı ilə  “Hərbi xidmətlərə görə” medala təltif olunub.

VÜQAR DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN!
100 YAŞA, SAĞLAM YAŞ A!
 Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages