Yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı, təşkilatçılıq bacarığı, dəqiqliyi, təmkinliyi, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 34 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Ədiliyə Nazirliyinin Pentensiar Xidmətində keçirmiş- istefada olan polkovnik-leytenant Talıbov Taleh Bahadır oğlunun noyabr ayının 14-də dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan, Taleh Talıbovu belə bir əlamətdar,
gün münasibəti ilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Taleh qoy yaşının üstə gələn bu yaş da, sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik- leytenant Talıbov Taleh Bahadır oğlu 14 noyabr 1963-cü ildə İmişli rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1980- ci ildə İmişli rayonunda orta məktəbini, 1988-ci ildə isə SSRI Daxili İslər Nazirliyinin Daxili Qoşunların Sankt-Peterburq ( kecmiş Leninqrad) şəhərində yerləşən Ali Hərbi Siyasi məktəbini bitrib.
1988-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komi Avtonom respublikasında, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində və Bakı şəhərinin Binəqədi rayonunda yerləşən hərbı hissələrində böluk komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində işləyib.
1992-2018 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Konvoy- Mühafizə alayında bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, böluk komandiri, Ədiliyə Nazirliyinin Pentensiar Xidmətinin konvoy-mühafizə alayında qərargah rəisinin köməkçisi, Alay komandirinin müavini -qərargah rəisi, Əlahiddə konvoy (taborun) hərbi hissəsinin komandiri, Ədiliyə Nazirliyinin Pentensiar Xidmətinin baş idarəsində və islah əmək (cəzaçəkmə) müəssisələrində müxtəlif rəhbər vəzifələrdə Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir
T.Talıbov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Ədiliyə Nazirliyinin Pentensiar Xidmətində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində özünüuşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş ,əxlaqı tərbiyəsi yerində olan nizam və intizamlı hərbici kımı göstərmişdir.
O,işlədiyi və oxuduğu təhsil müəssisələrində , yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında,Ədiliyə Nazirliyinin Pentensiar Xidmətində (Əlahiddə konvoy və mühafizə hərbi hissələrində) müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində mühüm dövlət obyektlərin,kommunkasiya qurğuların,xüsusi yüklərin,inzibatı binaların,hərbi təchizat anbarların, saxlanılmış və məhkum olunmuş şəxslərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təhlükəsizliyinin təmin edilməsində və ictimai asayişin qorunmasında,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, axtarışda olan şəxslərin aşkar edilib tutulmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejim, karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi-doyüs keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və funksional vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, SSRİ Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, Ədiliyə Nazirinin və onun müavinlərinin, Alı hərbi siyasi məktəb rəisinin, diviziya və hərbi hissə komandirinin, islah - əmək müəssisə rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə, pul mükafatları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilb.
Polkovnik- leytenant Taleh Talıbov xidmətdə fərqləndiyinə və səmərəli fəaliyyətinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər və Ədiliyə Nazirlərinin müvafiq əmrləri ilə bir sira medallarla təltif olunub.
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLIN SONUNDA GERIYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ » DEYƏRSƏN.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder