Təbrik: Polkovnik- leytenant Salam Hadıyev-62




Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının Nərimanov, Lənkəran , Sabunçu, Hacıqabul və Zakatala rayonlarında yerləşən hərbi  hissələrinin həyatında öz dəst- xətti olan,yüksək peşəkarlığı, səmərəli fəaliyyəti, humanistliyi,işgüzarlığı, mənəvi keyfiyyəti, təşkilatçılıq  bacarığı ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik leytenant Hadıyev Salam Ədiyar oğlunun noyabr ayinin 2- də dünyaya göz acdığı gündür.

Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan,Salam Hadıyevi belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan  zabitləri, kollektivi, onun doğmaları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Salam qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
     Müharibə veteranı- istefada olan polkovnik- leytenant Hadıyev Salam Ədiyar oğlu 1962-ci ilin noyabr ayının 2-də Lerik rayonunun Züvüç kəndində zəhmətkeş bir ailədə anadan olub.

Salam  Hacıyev Lerik rayonun Züvüç kənd orta məktəbini və Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakultəsini bitirib, 

1980-1981 -ci illərdə Sovet ordusunun Xabarovsk diyarında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.

 1991-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin (Ağdam, Binəqədi, Nərimanov, Lənkəran, Hacıqabul,  Sabuncu  və Zaqatala) rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, tabor   komandiri, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, hərbi hissə komandirinin maddi texniki təminat xidməti üzrə müavini vəzifələrində xidmət edib.
      Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
      
Polkovnik- leytenant Salam Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, xidmət etdiyi kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
     Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş  vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin tutulmasında və zərərləşdirilməsində,mühüm dövlət və mühafizə olunan obyektlərin, inzibatı binaların,xüsusi yüklərin,inzibatı binaların və  hərbi təchizat  anbarların mühafizə olnmasında, qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
     
 Salam Ədiyar oğlu Hadıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirərək həmin döyüşlərdə yaralanmışdır.
      
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və  hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin,
 Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş nisanları ilə  təltif olunub, bir çox
fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

1"Qüsursuz xidmətə görə"  1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə  görə;

2.”Qüsursuz xidmətə görə” 2-ci  dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15-təqvim ili;

3.”Qüsursuz  xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə, 

4."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10- illiyi (1991-2001)” yubiley  medalı ilə;

5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90- illiyi (1918-2008)” yubiley  medalı ilə;

6.Azərbaycan  Respublikasının  Silahlı Qüvvələrinin 95- illiyi (1918-2013)” yubiley nedalı ilə; 

7."Hərbi xidmətlərə görə"  3-cü  dərəcəli medal ilə;

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
SALAM!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
 Azərbaycan Respublikasının Silahlı  Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages