Təbrik: Polkovnik- leytenant Şaiq Şiriyev - 51




Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının  və Müdafiə Nazirliyinin 4-cü ordu korpusunun həyatında öz dəst-xətti  olan, yüksək peşəkarlığı, işgüzarlığı,xeyirxahlığı,qayğıkeşliyi,dəqiqliyi,təmkinliyi, vətənpərvərliyi,  sadəliyi, səmimiyyəti,iradi və mənəvi keyfiyətləri    ilə seçilən,Azərbayca  Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı- ehtiyatda olan  polkovnik-leytenant Şaiq Şiriyevin noyabr ayının 6 - da dünyaya göz açdığı gündür.
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan,öz fədakarlığı ilə adını tarixmizin şanlı səhfəsinə yazan,cəsur döyüşcü, ehtiyatda olan polkovnik -leytenat Şaiq Xubalı  oğlu  Şiriyevi belə bir əlamətdar   gün münasibətilə  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi , onun doğmaları, yaxınları, iş və döyüşcü  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Şaiq qoy hər yeni yaşınız  sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.
    
Qeyd edək ki, polkovnik- leytenant  Şiriyev  Şaiq  Xubalı oğlu  1973-cü ilin noyabr ayının  6 -da  Azərbaycan Respublikasının Biləsuvar rayonun Zəhmətabad kəndində zəhmətkeş   bir ailədə
 anadan Əslən  Masalıu rayonnundandır.
   
1990-cı ildə  Biləsuvar rayonu Zəhmədabat  kənd Ə.Rəhmətov adına  orta məktəbini, 1994-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Saratov Ali hərbi məktəbini,1997-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasanı,2000-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən zabitlərin təhkimləşdirmə, 2003-cü ildə isə Müdafiə Nazirliyinin Qataybətdə yerləşən təlim -tədriis mərkəzində ixtisas artırma  kurslarını bitirib.

Şaiq  Şiriyev 1994-2017 - ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Gəncə və Şirvan şəhərlərində, Lənkəran, Nərmanov,  Hacqabil, Xətai, Zaqatala  və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və  ali hərbi məktəbində taqım komandiri,
 əməliyyat bölük komandiri, döyüş təlimi üzrə zabit, xüsusi təyinatlı dəstə komandiri,alayın (briqadanın) döyüş hazırlığı bölməsinin rəisi, tabor komandiri, Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində zabit, Daxili   Qoşunların ali hərbi məktəbində isə baş müəlim və kafedra rəisi əvəzi vəzifələrində Vətənə  və Xalqa  sədaqətlə xidmət  edib.

Şaiq Xubalı oğlu Şiriyev Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra 2018-2022-ci illərdə Müdafiə Nazirliyinin 4-cü ordu korpusunun idarə etmə heyətin, əməliyyat və döyüş hazırlığı şöbə rəisinin motoatıcı bölmələrin hazırlığı üzrə köməkçisi vəzifəsində çalışıb.2022-ci ilin aprel ayının 25-də “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən xəstəliyinə görə hərbi geyim forması hüququ verməklə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.

Şaiq Xubalı oğlu Şiriyev Din-in Daxili Qoşunlarda və Azərbaycan ordusunda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olmuşdur.

Polkovnik- leytenant Şaiq Şiriyev Daxili Qoşunlarda  və Müdafiə Nazirliyinin 4-cü ordu korpusunda  xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində, Müdafiə Nazirliyinin 4-cü ordu korpusunda  və hərbi hissələrində keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

 2020 cı ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük  Vətən  müharibəsi döyüş əməliyyatlarında fəal iştirak edib.

Qanunvericiliklə müəyyən edilmiş qaydada DİN- in  Daxili Qoşunlarına və Müdafiə Nazirliyinin   4-cü ordu korpusuna həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, dövlət əhmiyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış  məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,  qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə  vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin  həyata keçirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində  polkovnik- leytenant Şaiq Şiriyev üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Baş Nazirin, Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Müdafiə Nazirliyinin  4-cü ordu korpus komandirinin, təlim -tədriis mərkəz,ali hərbi məktəb və akademiya rəislərinin, hərbi hissə komandirinin  müvafiq   əmrləri ilə bir çox   fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə (pul mükafatları ilə) əla xidmətlərə görə əlaçı     və daxili  qoşunların yaranmasının yubiley nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında,cinayətkarlığa qarşı mübarizədə, 44 günlük Vətən müharibəsi  zamanı işğal altında olan torpaqlarımızın azad edilməsində, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  aşağıdakı medallarla təltif olunub:

1.”Füzulinin işğaldan  azad ovunmasına görə” medalı ilə;

2.”Cəsur döyüşcü” medalı ilə;

3.”Azərbaycan Respublikasının 
Vətən müharibəsi iştirakçısı” medalı ilə;

4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin Veteranı” medalı ilə;

5."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)”yubiley medalı ilə;

6."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  90 - illiyi (1918 -2010)” yubiley medalı ilə;

9.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”yubiley medalı ilə;

8."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20   təqvim ili  xidmətə görə;

9."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal  ilə
 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

10.”Qüsurssuz xidmətə görə” 3 -cü  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

Hərbi və iş  yoldaşları polkovnik- leytenant Şaiq Şiriyevi 
vətənpərvər,qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ŞAİQ!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının 
  Silahlı Qüvvələr
      və   Müharibə
 Veteranı polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages