Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının və Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin həyatında öz dəst -xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı,humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,işgüzarlığı,təşkilatclıq bacarığı, səmərəli fəaliyyəti, iradı və mənəvi keyfiyyəti ilə seçilən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı- istefada olan polkovnik - leytenant Əliyev Rüfət Aydın oğlunun noyabr ayının 7 -də dünyaya göz açdığı gündür.
Bu əlamətdar gün münasibətilə polkovnik- leytenant Əliyev Rüfət Aydın oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları,iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rüfət qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə veteranı- istefada olan polkovnik- leytenant Əliyev Rüfət Aydın
oğlu 7 noyabr 1962-ci ildə Tovuz rayonunun Duz Cırdaxan kəndində zəhmətkeş bir ailədə anadan olub.
1979-cu ildə Bakı şəhər 63 nömrəli orta məktəbi, 1984-ci ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisadiyyat Universitetini) bitrib.
Rüfət Aydın oğlu Əliyev 1984- 1985-cı illərdə Sovet ordusunda. müddətli həqiqi hərbi xidmətdə olub.
1986-1991-ci illərdə Daxili işlər Nazirliyinin Mühafizə İdarəsinin maliyyə şöbəsində müxtəlif vəzifələrdə,1992-2011-cü ilərdə isə Daxili İşlər Nazirliyinin,Daxili Qoşunların Bas İdarəsinin maliyyə-plan şöbəsində baş zabit və şöbə rəisinin müavini vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Azərbaycan respublikasının Konstitusiyasına və Qanunlarına əməl etməsi,Hərbi və Polis Andlarının, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində tabeçiliyində olanlar və bir çox hərbi qulluqcular və polis əməkdaşları üçün daimi şəxsi nümunə olmuşdur.
Rüfət Aydın oğlu Əliyev Daxili Qoşunlarda və Din-in Mühafizə İdarəsində xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı polis əməkdaşı və hərbiçi kımı göstərmişdir.
R.Əliyev işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Polkovnik-leytenant Əliyev Rüfət Aydın oğlu qorxmaz, saxavətli, əliaçıq, zəhmətkeş baş zabit olmuşdur. O, istər təhsil aldığ orta və ali təhsil müəsələrində, istərsə də qohum-əqraba, xidmət etdiyi və işlədiyi kollektiv,dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinə və Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda şəhərdə, yaşayış və cəzaçəkmə müəssisələrində kütləvi ixtşaşların qarşısının alınmasında,mühüm dövlət obyektlərin, inzibati binaların mühafizə edilməsində,cinayətkarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi və polis xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə,təlimlərdə,xüsusi döyüş əməliyyatlarında, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqlənməyə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, İdarə və şöbə rəislərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Rüfət Aydın oğlu Əliyev öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından, Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;
2."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qüsuruz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5."Azərbaycan Respubilka Silahlı Qüvvələrinin 10 - illiyi (19
91-2001)” yubiley meadalı ilə;
6.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90-illiyi (1918- 2008)” yubiley
medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN RÜFƏT!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder