SSRİ Silahlı Qüvvələrinin Batumi şəhərində yerləşən hərbi hissələrin birində və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ( Din-in) Daxili Qoşunlarının Baş İdarəsinin Qərargahında müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik-leytenat Elşad Əliyevin noyabr ayının 5 -da dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan, Elşad Əliyevi belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Elşad müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun, sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik- leytenant Əliyev Elşad Daşdəmir oğlu 1956 -cü ilin noyabr ayının 5-da Ermanıstanın Leninakan (Gümru) şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1973-cü ildə Leninakan (Gümrü) şəhərində orta məktəbi, 1978-ci ildə isə Nəsrəddin Tusi adına Pedaqoji İnstitutun fiziki hazırlıq və idman fakültəsini bitirib.
Elşad Əliyev 1978 -1991-cı illərdə SSRİ Müdafiə Nazirliyinin Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən hərbi hissələrinin birində taqım komandiri, bölük komandirinin müavini, bölük komandiri, tabor qərargahının rəisi vəzifələrində calışıb.
Azərbaycan Respublikasının müharibə veteranı - polkovnik- leytenant Elşad Əlıyev 1992-2001-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin əməliyyat şöbəsində və növbətçi xidmətində zabit, nöbətci xidmətinin isə rəisi vəzifələrində xidmət edib.
İstefada olan polkovnik leytenant Elşad Əliyev peşəkarlığı, humanistliyi,səmərəli fəaliyyəti, təşkilatçlıq bacarığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən,ömrünün ən məhsuldar dövrünün 23 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsr edərək Millətə, Vətənə,
və Xalqa sədaqətlə xidmət edib.
Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik- leytenant Elş Əliyev öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daim nümnə olmuşdur.
Polkovnik leytenant Elşad Əliyev Daxili Qoşunların Baş İdarəsinin Qərargahında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində o,səmərəli fəaliyyət ilə, işgüzar və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.
Polkovnik- leytenant Elşad Əliyev öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fərqləndiyinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,SSRİ müdafiə nazirinin, Zakafikaz hərbi dairə rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı, idman dərəcəsi və yubiley döş nişanları ilə, bir çox fərmanlarla,( pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə;
3.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 -təqvim ili xidmətə görə;
4.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə.
68 YAŞIN MÜBARƏK OLSUN ELŞAD MÜƏLLİM!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder