Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan polkovnik leytenant Badirxanov Adil Əmirxan oğlunun noyabr ayının 2 -də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan, Adil Bədirxanovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarınistefada və istefada olan zabitləri, kollektivi, onun doğmaları,
iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Adil qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan polkovnik- leytenant Adil Əmirxan oğlu Bədirxanov 1965- ci iln noyabr ayının 2-də Baki şəhərində zəhmətkeş ailədə anadan olub.
Adil Bədiirxanov 1983- cü ildə Nəsimi rayonun 9 nömrəli tam orta məktəbi, 1987-ci ildə isə Bakı Ümümqoşun Ali Hərbi Komandirlər məktəbini bitirib.
Adil Əmirxan oğlu Bədiirxanov 1987-1990-cı illərdə SSRİ Müdafiə Nazirliyinin Pirbaltika hərbi dairəsində yerləşən hərbi hissələrin birində taqım komandiri, 1991- 2018- ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Ağdam və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri,böluk komandirinin müavini, böluk komandiri,taborun qərargah rəisi, tabor komandiri,Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə döyüş hazırlığı və əməliyyat şöbələrində baş zabit vəzifələrində xidmət etmişdir.
Əmirxan oğlu Adil Bədiirxanov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətdə) döyüşlərdə üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gələrək ağır yaralanıb ,7 (yeddi) ay hərbi hospitalda müalicə olunduqdan sonra 2018- ci ilə kimi, xidmətini Daxili Qoşunlarda davam etdirib. Adil Bədirxanov hal-hazırda İdman Akademiyasında müəllim vəzifəsində çalışır.
Polkovnik- leytenant Adil Bədirxanov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasinda həmişə müsbət mənada seçilərək, başqaları üçün nümnə olmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Yüksək peşəkarlığı,humanistliyi,dəqiqliyi,təmkinliyi,işgüzarlığı, xeyirxah lığı, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, Adil Bədirxanov ömrünün ən məhsuldar dövrünün 34 ildən çox xidmət yolunu hərbi xidmətdə keçirib.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olıunmuş vəzifələrin yerinə yetirilməsində, şərərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə hərbi vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, (pul mükafatları ilə), bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti və ictimai vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusu fəriqləndiyinə görə SSRİ Müdafiə Nazirnin,Azərbaycan Respublikası Daxili İşlər Nazirinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müvafiq əmrləri aşağıdakı medallarla təltif olunub:
1."SSRİ Sillahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
4.”Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
5."Azərbaycan Respubolkasının Silahlı Qüvvələri Veteranı" medalı ilə;
6."Hərbi xidmətlərinə görə"-3-cü dərəcəli medal ilə;
7."Qüsursuz xidmətə görə" 1-ci medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
8.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətı görə;
9.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
10."Müharibə Veteranı" medalı ilə;
11."Azərbaycan Vətən Meharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi (1994-2019)” yubiley" medalı ilə.
Azərbaycan Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində,hərbi borcu,xidməti vəzifələrni və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə polkovnik leytenat Bədirxanov Adil Əmirxan oğlu Azərbaycan Respubilkası Prezidentinin 5 may 2005-ci il tarixli sərancamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Polkovnik leytenant Adil Əmirxan oğlu Badirxanov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin, Daxili Qoşunların isə Veteranlar şürasının üzvüdür
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ADİL!
DAİMA XOŞBEXT VƏ FİRAVAN YAŞA!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!
ÖMRÜN UZUN OLSUN 100
YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder