Təbrik: Polkovnik Cəfər Abbasov- 77



Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların Nümnəvi Göstərici Hərbi Orkestr Xidmətinin yaradılmasında və inkişaf etdirlməsində xüsusi xidmətləri olan,hərbi dirjorluq sənətini ürəkdən sevən,hərbi dirijorcu peşəsinə vurğun olan -istefada olan polkovnik Abbasov Cəfər Qəzənfər oğlunun noyabr ayının 9 -da dünyaya göz açdığı gündür.

Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan- istefada olan polkovnik Abbasov Cəfər Qəzənfər oğlunu belə bir əlamətdar  
 gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifəliləri),doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Cəfər müəllim qoy,yaşının üstə gələn bu yaş da, sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun  sizi xoşbəxt edəcək şəkildə keçsin.
    
 Hərbi Orkestr Xidmətinə rəhbərlik etməkdən həmişə qürur düyan,hərbi musiqi sahəsində həmişə yeni-yeni axtarışlarda olmuş- istefada olan 
polkovnik Abbasov Cəfər Qəzənfər oğlu 1947 -ci ilin noyabr ayının 9-da Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
      
Cəfər  Abbasov  Bakı şəhərində 46 nömrəli məktəbin 7-ci sinifini, Asif Zeynalı adına musuqi kollecini və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnı bitirib.
     Polkovnik Cəfər  Qəzənfər Abbasov 1966-1981-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Hərbi  Hava Qüvvələrinin hərbi orkestirində müddətli  həqiqi hərbi xidmətdə olub və solist vəzifəsində müdətdən artıq xidmət edib.
      
Cəfər Abbasov 1981-1993-cü illərdə Bakı Dövlət Sirkində, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatırında müxtəlif vəzifələrdə işləyib.

1993-2004-cü illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində və  qərargahında hərbi orkestr xidmətinin rəisi- baş hərbi dirijor vəzifəzində xidmət edərək Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
     Polkovnik Cəfər Abbasov  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbı Andın və hərbi nizamnamələrin, tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində  öz tabeçiliyində olanlar  və bir cox hərbi qulluqçular üçün nümunə olmuşdur.
     Polkovnik Cəfər Qəzənfər oğlu Abbasov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Baş İdarəsinin Nümnəvi-Göstərici Hərbi Orkestr xidmətinin 17 noyabr 1994-cü ildən (ilk yarandığı gündən)-2004-cü ilin son ayına kimi normal fəaliyyəti üçün hər şəraitin yaradılması,yeni avadanlıqllarla, müsuqi alətləri ilə, səs gücləndirici aparatlarla təmin edilməsi, onların  yerləşdirilməsi, əsaslı şəkildə təmir olunması eləcədə, peşəkar kadrların seçilməsi və komplekləşdirilməsi istiqamətində üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə  məsuliyyətlə və şərəf hissi ilə  yanaşmışdır.

Din-in Daxili Qosunlarin Nümunəvi-Göstərici Hərbi Orkestirin hərbı qulluqçuları və mülkü işçiləri polkovnik Cəfər Abbasovun rəhbərliyi altında bir sıra mühüm dövlət səviyyəli rəsimi tədbirlərdə iştirak etməsi,xarici ölkələrdən Daxili işlər nazirliyinə və Daxili Qoşunlara  dəvət olunan qonaqların qarşlanması və yola salınması, mədəniyyət ocaqlarında, ölkəmizdə,  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Bas İdarəsində, hərbı hissələrində,polis akademiyasında, cəbhə bölgəsində yerləşən hərbi hissələrdə və əlahiddə  bölmələrdə  keçirilən mədəni-kütləvi mərasimlərdə, idman yarışlarında,  televiziya kanallarında çıxış etməsi və konsert proqramılarının gerçəkləşdirilməsi istiqamətində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
     
 C.Abbasov Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində  Nümnəvi-Göstərici Hərbi Orkestr Xidmətinin kollektivinin peşəkarlığını artırmaq  və  Daxili Qoşunların adını hər zaman zirvələrdə tütmaq ücün əzimlə çalışmışdır .
      Polkovnik Cəfər Qəzənfər oğlu Abbasov peşəkarlığı, humanistliyi,sadəliyi,səmimiyyəti, vətənpərvərliyi,işgüzarlığı,təşkilatclıq bacarığı,dəqiqliyi,təmkinliyi,səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyətləri seçilən ömrünün  ən məhsuldar dövrünün 38 (otuz səkkiz) ildən  çox şərəfli xidmət yolunun iyrimi beş  ilini  hərbi xidmətdə, on üc ilini isə Baki Dövlət  Sirikində,  Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet   Teatırında müxtəlif vəzifələrdə keçirmişdir.
       Abbasov Cəfər Qəzənfər oğlu Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində  Nümnəvi-Göstərici Hərbi Orkestrin hərbi qulluqçuları ilə döyüş (ixtisas) və ictimai sıyası hazırlıq üzrə məşğələlərin, nümunəvi göstərici məşqlərin, hərbi hissələrdə isə bölük və tabor təbilçiləri ilə metodiki təlim-toplanışların keçirilməsi istiqamətində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
      
Öz xidməti vəzifə borclarını və Nümnəvi-Göstərici Hərbi Orkestr Xidmətinə həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində xüsusi fəriqləndiyinə  və digər xidmətlərə görə Cəfər  Abbasov Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə  əlacı və yubiley döş nisanları ilə təltif olunub,bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
     
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbı vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə,  polkovnik Cəfər Abbasova  Daxili İşlər Nazirinin  müvaiq əmrləri ilə  həvəsləndirmə qaydasında vaxtından əvvəl “baş leytenant”, “kapitan, “mayor”, “polkovnik- leytenant” və “polkovnik” hərbi rütbəsi verilib  və aşağıdakı  medallara təltif olunub:

1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Veteranı” medalı ilə;

2.”SSRİ Silahlı Qüvvələrinin  50 illiyi (1918-1968)” yubiley medalı ilə;

3.”SSRİ  Silahlı Qüvvələrinin 60 illiyi (1918-1978)” yubiley medalı ilə;

4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

5.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

6.”Qusursuz xidmətə görə” 2 -ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

7.”Qüsursuz xudmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
CƏFƏR MÜƏLLİM!

DAİMA XOŞBƏXT VƏ FİRƏVAN YAŞA
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

ALLAH SƏNİ BÜTÜN ARZULARINA CATDIRSIN.
 Azərbaycan  Respubilkasının Sİlahllı Qüvvələr və Müharibə Veteranı  Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages