Təbrik: Mayor Tofiq Əliyev- 64

 

    Yüksək peşəkarlığı, humanistliyi,dəqiqliyi,xeyirxahlığı,səmərəli fəaliyyəti,təmkinliyi,sadəliyi,səmimiyyəti, vətənpərvərliyi,işgüzarlığı,iradı və mənəvi keyfiyyəti ilə, seçilən, ömrünün  ən məhsuldar dövrünün 13 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə  keçirmiş, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Əliyev Töfiq İdris oğlunun noyabr ayının 20-də dünyaya göz açdığı gündür.
 
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və  üzüağ çıxan- mayor Əliyev Töfiq İdris öğlunu  doğum  gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,yaxınları,əzizləri,iş və döyüşcü yoldaşları   səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda  insan üçün ən şirin nemət olan möhkəm cansağlığı  və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Töfiq qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin. 

Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan Əliyev Töfiq İdris oğlu 20 noyabr 1960- cı ildə Gədəbəy rayonunun   Novo-İvanovka kəndində zəhmətkeş bir ailədə anadan olub.
     
Əliyev Töfiq İdris oğlu   1977- ci ildə Gədəbəy rayonunun Novo -İvanovka  kənd orta məktəbini, 1984-ci ildə  Bakı Səneye Texnikumunu, 1988-ci ildə Q.F. Morozov  adına Voronej  Meşə Texniki Universitetini bitrib.


1979-1981-ci illərdə Sovet ordusunun Gürcüstan Respublikasının Laqodexi rayonunda yerləşən Desant birqadasında bölüyün baş cavuşu (starşına) vəzfəsində müddətli həqiqi hərbi xidmətdə olub.  

1981-1991- ci illərdə Azər Mebel fabrikində mühəndis  vəzifəsində işləyib.  

1991- 200 2-ci illərdə   Daxili Qoşunların Bas İdarəsinin Komendant xidmətinin rəisi vəzifəsində Vətənə  və xalqa sədaqətlə xidmət edərək, Azərbaycan ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə,Füzuli və Cəbrayıl rayonları istiqamətinfə) gedən döyüşlərdə fəal iştirak edib.Azərbaycan Respublikasının 
müharibə veteranıdır.
   
Tofik Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

Mayor Tofiq İdris oğlu Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, sxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında mayor Tofiq Əliyev xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların   tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində  bir çox  hərbi qulluqçulara şəxsi nümünə olmuşdur. 
        Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş  vəziə və tapşırıqların yerinə yetirilməsində, inzibatı binaların və mühüm dövlət obyektlərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqəladə vəziyyət  və komendant saatı zamanı hüquqi rejim tədbirlərin  həyata kecirilməsində,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

 Mayor Əliyev Töfiq İdris oğlu öz xidməti vəzifə borclarınin icrası zamanı, yüksək mənəvi-döyüs keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafıq əmrləri  ilə əlacı, yubiley və idman dərəcəsi    döş  nişanları ilə təltif edilib, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallara təltif olunub:

1.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 iliyi (1991- 2001)” yubiley medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN TOFİK MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
 Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages