Təbrik: Mayor Teymur Mirzəyev-67


   
İnsan üçün ən yaddaqalan günlərdən biri də  onun  doğum günüdür. Yaşının üstə yaş gələndə insan daha da kamilləşir.Belə insanlardan biri də yüksək peşəkarlığı, humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,işgüzarlığı,təşkilatclıq bacarığı, iradı və mənəvi keyfiyyəti  ilə seçilən, ömürün ən məhsuldar dövrünün  26 ildən çox şərəfli xidmət yolunu daxili  və hərbi xidmətə həsr  etmiş Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan  mayor  Mirzəyev Teymur Abbas 
oğlunun   noyabr ayının  23 -də dünyaya göz açdığı gündür.
Bu əlamətdar gün münasibətilə mayor    Mirzəyev Teymur Abbas oğlunu  doğum günü münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Teymur qoy yaşının üstə gələn bu yaş  da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Azərbaycan Respublikasının  müharibə veteranı- istefada olan mayor Mirzəyev Teymur Abbas oğlu  23 noyabr  1957-ci ildə  Masallı rayonunun Şərəfə kəndində zəhmətkeş bir ailədə anadan olub.

1974-cu ildə Masallı rayonunun  Şərəfə kənd orta məktəbini, 1990-cı ildə    Rostov  Dəmir Yolları Unverstetini  bitrib.

T.Mirzəyev gənc yaşlarında 1988-ci ilə kimi Azərbaycan Pirmer Liqasında  çıxış edən Masallı rayon  “Viləş” və “ Araz-Naxçıvan”  futbol klublarında oynayıb. 
 
O,1976-1978-ci illərdə Sovet Ordusunun Tiflis və Bakı şəhərində yerləşən hərbi hissələrində və idman klublarında müddətli həqiqi hərbi xidmətdə olub.

 1988- 1991-ci illərdə Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən islah-əmək (cəzaçəkmə) müəssisələrində müxtəlif vəzifələrdə,1992-2012-cü ilərdə isə Daxili İşlər Nazirliyinin   Daxili Qoşunlarının Sumqayıt şəhərində, Qaradağ, Nərimanovvə Xəzər  rayonlarında 
də yerləşən hərbi hissələrində (hərbi  hospitalında ) xidmət rəsi, hərbi hissə komandirinin maddi -texniki təminat xidməti üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin  təmir- tikinti şöbəsində  isə   baş zabit vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.
     Azərbaycan respublikasının Konstitusiyasına və Qanunlarına əməl etməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin əmir və sərəncamların tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi  işində tabeçiliyində olanlar və bir çox hərbi qulluqcular  üçün daimi şəxsi nümunə olmuşdur.
   
Teymur Mirzəyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
     
Mayor Mirzəyev Teymur Abbas oğlu qorxmaz, saxavətli, əliaçıq, zəhmətkeş  baş zabit olmuşdur. O, istər təhsil aldığ orta və ali təhsil müəsələrində,  istərsə də qohum-əqraba,  xidmət etdiyi və işlədiyi kollektiv,dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.
      Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin  islah -əmək müəssisələrinə  və  DİN-in Daxili  Qoşunlarına  həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,  şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda  yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə,fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, Azərbaycan Respublikasının 
 ərazi  bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
    
Hərbi  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və  hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin, Azərbaycan  Futbolu  Federasiyası və Fulbol klub rəhbərliyinin, DİN-in islah -əmək müəsissə rəisinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə  əlacı, müvafiq idman dərəcəsi və yubiley döş nişanları ilə təltif olunub,bir çox   fərmanlarla, diplomlara,qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.


 Teymur Abbas oğlu    Mirzəyev öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş  tapşrıqları yerinə  yetirərkən  fəriqləndiyinə görə  Azərbaycan Respublikasının Prezidenti adından, Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:  

1."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.”Qüsursuz  xidmətə görə” 2-ci  dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
 
3.”Qüsufsuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvərdə 10 təqvim ili xidmətə görə;

4."Azərbaycan Respubilka Silahlı Qüvvələrinin  10 - illiyi (19
91-2001)” yubiley meadalı ilə;

5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90-illiyi (1918- 2008)” yubiley 
medalı ilə 

6.“Azərbaycan Respubilkasının Silahlı Qüvvlələr  Veteranı” medalı ilə.
 
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN TEYMUR!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages