Təbrik: Mayor Şahid Hüseynov-62



   
İnsan üçün ən yaddaqalan günlərdən biri də  onun  doğum günüdür. Yaşının üstə yaş gələndə insan daha da kamilləşir.Belə insanlardan biri də yüksək peşəkarlığı, humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,işgüzarlığı,təşkilatclıq bacarığı, iradı və mənəvi keyfiyyəti  ilə seçilən, ömürün məhsuldar dövrünün  21 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin islah-əmək (cəzaçəkmə) müəssisələrində və Daxili  Qosunlarda  keçirmiş,  Azərbaycan Respublikasının ğmüharibə veteranı- istefada olan  mayor Hüseynov Şahid Hüseyin oğlunun   noyabr ayının  19 -da dünyaya göz açdığı gündür.
Bu əlamətdar gün münasibətilə mayor Hüseynov Şahid Hüseyin oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Şahid qoy yaşının üstə gələn bu yaş  da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Hüseynov Şahid Hüseyin oğlu 19 noyabr  1962-ci ildə Sabirabad rayonunun Qaraağac kəndində zəhmətkeş bir ailədə anadan olub.

1979-cu ildə Sabirabad rayonunun Qaraağac kənd orta məktəbini, 1984-ci ildə   isə Sankt-Peterburq  (Leninqrad) şəhərində Meşə Texniki Akademiyasını bitrib.

Şahid Hüseyin oğlu Hüseynov 1984- 1992-ci illərdə Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən islah-əmək (cəzaçəkmə) müəssisələrində müxtəlif vəzifələrdə,1992-2013-cü ilərdə isə Daxili İşlər Nazirliyinin ğDaxili Daxili Qoşunların Baş İdarəsinin Şirvan ( Əlibayramlı), Naxçıvan və Bakı şəhərlərində yerləşən hərbi hissələrindəvə ali hərbi məktəbdə xidmət rəsi, Daxili Qoşunların Bas İdarəsinin  maliyyə-plan şöbəsində  isə qrup rəisi   (baş zabit) vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.
     Azərbaycan respublikasının Konstitusiyasına və Qanunlarına əməl etməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin əmir və sərəncamların tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi  işində tabeçiliyində olanlar və bir çox hərbi qulluqcular  üçün daimi şəxsi nümunə olmuşdur.
   
Şahid Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
     
Mayor Hüseynov Şahid Hüseyin oğlu qorxmaz, saxavətli, əliaçıq, zəhmətkeş  baş zabit olmuşdur. O, istər təhsil aldığ orta və ali təhsil müəsələrində,  istərsə də qohum-əqraba,  xidmət etdiyi və işlədiyi kollektiv,dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.
      Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil işlər orqanlarına və  DİN-in Daxili  Qoşunlarına  həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,  şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda  yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə,fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
    
Hərbi  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və  hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə  əla xidmətlərə görə  əlacı  və yubiley döş nişanları ilə təltif olunub,bir çox   fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.


 Şahid Hüseyin oğlu Hüseynov öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş  tapşrıqları yerinə  yetirərkən  fəriqləndiyinə görə  Azərbaycan Respublikasının Prezidenti adından, Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:  

1."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.”Qüsursuz  xidmətə görə” 2-ci  dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
 
3.”Qüsufsuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvərdə 10 təqvim ili xidmətə görə;

4."Azərbaycan Respubilka Silahlı Qüvvələrinin  10 - illiyi (19
91-2001)” yubiley meadalı ilə;

5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90-illiyi (1918- 2008)” yubiley 
medalı ilə 

6.“Azərbaycan Respubilkasının Silahlı Qüvvlələrinin 95-illiyi  (1918-2013)” yubiley medalı ilə.
 
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ŞAHİD!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages