Təbrik: Mayor Rəşad Ağayev - 48




Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının  hərbi  hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş,  peşəkarlığı, səmərəli  fəaliyyəti, vətənpərvərliyi,  sadəliyi, səmimiyyəti,iradi və mənəvi  keyfiyyətləri  ilə seçilən, ehtiyatda olan  mayor Rəşaf Ağayevin noyabr ayının 3 - də  dünyaya göz açdığı gündür.
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan mayor Rəşad Ağayevi  belə bir əlamətdar   gün münasibətilə  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Rəşad qoy hər yeni yaşınız  sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz  isə  səni istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.
    

Mayor Ağayev Rəşad Hacırza   oğlu  1976-ci ilin noyabr ayının  3 -də Azərbaycan Respublikasının  Masallı rayonun Mahmudvar kəndində zəhmətkeş  bir ailədə
 anadan olub.
   
1993 - ci ildə  Masallı  rayonun  Mahmudavar kənd tam orta məktəbini, 1998-ci ildə Naxcvan Dövlət Universtetini, 1999-cu ildə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş  hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabit heyətinin hazırlığı  kursunu bitrib.

1998-2020 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Hacqabul,Nərmanov, Xətai rayonlarında,Sumqayıt  və Gəncə şəhərində yerləşən hərbi hissələrində,atıcı, manqa komandiri, döyüş hazırlığı bölməsində çertyojçu,taqım komandiri, komendat bölük  komandirinin tərbiyəvi işləri üzrə müavini,alayın, briqadanın silah xidməti rəisi vəzifələrində Vətənə  və Xalqa  sədaqətlə xidmət  edib.
 
Rəşad Ağayev Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  hərbi andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi  nümunə olmuşdur.

Mayor  Rəşad Ağayev Daxili Qoşunlard xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.  

Qanunvericiliklə müəyyən edilmiş qaydada DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, dövlət əhmiyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış  məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,  qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin  həyata kecirilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə bir çox   fərmanlarla və qiymətli hədiyyələrlə, əlaçı   və yubiley  döş nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)”yubiley medalı ilə;

2."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  90 - illiyi (1918 -2010)” yubiley medalı ilə;

3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”yubiley medalı ilə;

4.”Azərbaycan Respubilkasının Sillahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə;

5."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20   təqvim ili  xidmətə görə;

6."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə 
 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

7.”Qüsursuz xidmətə görə” 3 -cü  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

Hərbi və iş  yoldaşları Rəşad Ağayevi vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  RƏŞAD!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının 
  Silahlı Qüvvələr
      və   Müharibə
 Veteranı polkovnik Salman Musayev  

Hiç yorum yok:

Yorum Gönder

Pages