Təbrik: Mayor Natiq Musayev -62




 İnsan üçün ən yadda qalan günlərdən biri də onun doğum günüdür. Yaşın üstə  yaş  gəldikcə  insan daha da kamilləşir. Belə insanlardan biri də  Daxili İşlər Nazirliyinin  (DİN-in)  Daxili Qoşunlarının  həyatında öz dəst xətti olan- istefada  olan mayor Musayev Natiq Pənah oğludur. Noyabr  ayının 25-də onun dünyaya göz açdığı gündür. 

Daimi həyatın bütün cətinliklərdən alınıaçıq və  üzüağ çıxan-  mayor Musayev Natiq Pənah oğlunu  belə bir  əlamətdar  gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı,  ailə səadati və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Natiq qoy  yaşının üstə gələn bu yaş da  sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
      
Musayev Natiq Pənah oğlu 25 noyabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1980-ci ildə Naxçıvan şəhərində orta məktəbi, 1988-ci ildə M.F. Axundov adına  Azərbaycan Pedaqoji  Rus dili  və Ədəbiyyatı İnstitutunu,  1999-ci ildə  isə Daxili işlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin  Xəzər rayonund yerləşən təlim -tədris mərkəzində  zabitlərin təhkimləşdirmə  kursnu (əla  qiymətlərlə) bitirib.
 Mayor Natiq Punhan oğlu Musayev hərbi təcürbə mübadiləsi əldə etmək ücün Türkiyə Cümhuriyyətinin  Jandarma  Qüvvələrində  işgüzar səfərdə olub.
 N. Musayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili  Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir  çox  təlim- metodiki toplanışlarda, komanda-qərargah məşqlərində, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal  iştirak etmişdir.
Peşəkarlığı, humanistliyi,  işgüzarlığı, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyət,vətənpərvərliyi, iradı və mənəvi keyfiyyətləri ilə  seçilən, ömrünün  ən məhsuldar dövrünün 22-ildən  çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirib.
Mayor Natiq Musayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
 Azərbaycan Respublikasının  Konstitusiyasına və Qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin  tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabecliyində olanlara və bir cox  hərbi qulluqcular üçün  şəxsi nümünə olmuşdur. 
Qanunverciliklə müəyyən olunmuş  qaydada Din-in  Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhmiyyətli obyektlərin,inzibatı binaların,hərbi təchizat bazaların və  hərbi anbarların  mühafizə olunmasında,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai  qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbi fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət  və  komendant saatı zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən  vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
 Natiq Musayev qorxmaz, insanpərvər, saxavətli, əliaçıq və zəhmətkeş zabit olmuşdur. O,istər təhsil aldığı  ali və orta təhsil müəssisələrində,  istərsədə xidmət etdiyi və işlədiyi kollektiv, dost- tanış, qohum-əqrəba  arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Naxçıvan Muxtar Respublikasının  Daxili İşlər Nazirinin və  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə   əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları ilə, pul mükafatları ilə təltif olunub,bir çox  fəxri fərmanlarla  və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi  fəriqləndiyinə  və digər xidmətlərinə  görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri  ilə  aşağıdakı medallarla təltif olunub:  
1.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;
 3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
 4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin   10 -illiyi  (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubiıkasının Silahlı Qüvvələrinin  90-illiyi (1918-2008)” yubiley  medalı ilə. 
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NATİQ !

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages