Yüksək peşəkarlığ, humanistliyi, sadəliyi, səmimiyyəti ,dəqiqliyi, təmkinliyi, dərin zəkası, təşkilatclıq bacarığı,insanpərvərliyi, iradi, mənəvi və işgüzar keyfiyyəti ilə, seçilən ömürünün 24 ildən çox şərəfli xidmət yolunu Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Nərimanov, Ağdam, Füzuli, Xətai, Zaqatala rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində keçirmiş, Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan mayor Qurbanov Kamil Cvanşir oğlunun noyabr ayının 27-də dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün çətinliklərindən alınıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan mayor Kamil Cavanşir oğlu Qurbanovu doğum günü münasibətilə, Daxili Qoşunların ehtiyatda və istefada zabitləri,doğmaları,yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan, möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən naliyyətlər
arzu edib deyirlər, Kamli qoy yaşının üstə gələn bu yaş da sizə, sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən ildən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Heç kəsi özndən incitməyən, əksinə, xoş və səmimi rəftarı və şirin dili ilə hər kəslə doğmalıq yaradan, Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan mayor Qurbanov Kamil Cavanşir oğlu 27 noyabr 1973- cü ildə Bərdə rayonun Böyük Qacar kəndində zəhmətkeş bir ailədə anadan olub.
Vətəni, xalqı üçün şücaətlə vuruşan, Kamil Qurbanov Bərdə rayonun Böyük Qacar kənd orta məktəbini, Aqrar və Ekologiya İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını və Daxılı Qoşunların təlim -tədriis mərkəzini bitirib və xarici ölkələrin təhsil müəssisələrində təşkil olunan bir sıra kurslarda olub.
Kamil Qurbanov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən, xüsusi-taktiki təlimlərdə metodiki-təlim toplanışlarda, seminar və konfranslarda fəal iştirak etmişdir.
Qayğıkeş, təvazökar insan, Kamil Cavanşir oğlu Qurbanov 1992-2016-cı illərdə Daxili Qoşunların Baş İdarəsinin Nərimanov, Ağdam, Füzuli, Xətai, Zaqatala rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə əsgər, mühəndis- istehkam bölüyün baş cavuşu, əlahiddə taqım komandiri, mühəndis və kimya xidmət rəisi, xüsusi vasitələrin tətbiqi dəstə komandirinin müavini-qərargah rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Çalışqan, işgüzar, işinə qətiyyətli, mübariz keyfiyyətli, ictimai işlərdə fədakarlıq göstərən, Qurbanov Kamil Cavanşir oğlu 2016 ci ildən etibarən, TİENS şirkətində qrup rəhbəri vəzifəsində işləyir.
Kamil Qurbanov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunverciliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında ,tutulmasında və zərərsizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətıər və başqa fövqəladə hallar,habelə fövqəladə vəziyyət və klmendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Əsli vətəndaşlıq mövqeyi ılə seçilən, Kamil Qurbanov qorxmaz insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş hərbçi olmuşdur. Kamil Qurbanov istər, yaşadığı ərazidə, təhsil aldığı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış və qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,əmir və sərəncamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində tabeçiliyində olanlar üçün daimi şəxsi nümunə olmuşdur.
Hər ili hərbi hissələrdə və əlahiddə bölmələrdə keçirilən təftiş, yekun, təlim (kompleks) və ümumi yoxlamaların nəticələrinə görə Kamil Cavanşir oğlu Qurbanovun komandir olduğu əlahiddə taqım Daxili Qoşunları üzrə birinci yeri tutduğu üçün Daxili Qoşunlar Komandanın və hərbi hissə komandirlərinin əmri ilə müvafiq diplomlarla , fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə, xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə, Dxili İşlər Nazirinin və Daxili Qosunlar Komandanın müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilmişdir.Azərbaycan Respublikasının Prezidenti adından isə Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.“Qüsursuz xidmətə görə” 1ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-ci dərəçəli medal ilə– Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbayca Respubilkasının Silahlı Qüvvələrinin 10-iliyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkasını Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008) yubiley medalı ilə;
6.”Azər aycan Respubilkasının Silahlı Qüvvələrin 95-iliyi (1918-2013)” yubiley medalı ilə.
Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008 ci il tarixli sərəncamı ilə mayor Qurbanov Kamil Cavanşir oğlu «Hərbi xidmətlərə görə» medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. KAMİL!
BÜTÜN ARZULARIN ÇİN OLSUN! HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN..
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder