Daxili işlər orqanlarında və Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, işgüzarlığı,təşkilatcılıq bacarığı, qayğıkeşliyi, nəcib davranışı, yüksək mədəniyyəti,səmərəli fəaliyyəti,iradı və mənəvi keyfiyyətləri ilə seçilən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qəbələ rayon şöbəsinin üzvü istefada olan mayor Həmidov Habil Həmid oğlunun noyabr ayının 20- də dünyaya göz açıdığı gündür.
Daimi həyatın bütün snaqlarından alınıaçıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB-nin) Qəbələ rayon şöbəsinin üzvü- istefada olan Mayor Həmidov Habil Həmid oğlunu Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş yoldaşları və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qəbələ rayon şöbəsinin sədri polis polkovnik- leytenantı Rafiq Qaçayev səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Habil qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, sizi xoşbəxt edəcək şəkildə keçsin.
Hər kəsi özündən incitməyən,xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Həmidov Habil Həmid oğlu 1956-cı ilin noyabr ayının 20- də Qəbələ rayonun Vəndam qəsəbəsində zəhmətkeş ailədə anadan olub.
İctimai işlərdə fədakarlıq göstərən, dostlarna və yaxınlarına isti münasibətdə olan Habil İdris oğlu Həmidov 1974 -cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində orta məktəbi bitirib.
1975 — 1977 -ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə (manqa komandiri cavuş rütbəsində) oilub.
1978- ci ilin yanvar ayindan Sumqayit şəhər Boru– prokatlar zavodunda fəhlə işləyib.
1982 — ci ildə N.Tusi adına Pedoqoji institutunu (indiki Azərbaycan Pedaqoji Universitetini) bitirib.
İşgüzar,çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli Habil Həmidov 1982-1983 cü illərdə 49 saylı peşə litseyində müəllim işləyib.
1983 -1992 — ci illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə Polis İdarəsinin Qəbələ rayon şöbəsində Kadırlar üzrə inspektor , 1992- 2004 cü illərdə isə Daxili Qoşunların Bas İdarəsinin Gəncə şəhərində, Binəqədi və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrdə qərarğah rəisinin nizamı hissə üzrə baş köməkçisinin müavini, nizami hissə və kadrlar bölməsının rəisi, alayın silah xidməti rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Zəngin təcrübəsi, yüksək peşəkarlığı, humanistliyi,sadəçiyi və səmimiyyəti ilə seçilən, mayor Həmidov Habil Həmid oğlu ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu, Daxili İşlər Orqanlarında və Daxili Qoşunların hərbi hissələrində xidmətdə kecirib.
Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Həmidov Habil Həmid oğlu, Aərbaycan Respublikasının ərzi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətində gedən) döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə Azərbaycan Respublikasının müharibə veteranıdır.
Habil Həmidov Daxili işlər orqanlarında və Daxili Qoşunllarda xidmət etdiyi illər ərzində,Azərbaycan respublikasında ictimai asayişin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və fövqaladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyünün təmin olunmasında, ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyət hissi ilə yanaşmışdır
Hərbçi, polis və döyüşcu yoldaşları Habil Həmidovu vətənpərvər, qorxmaz, əliacıq, saxavətli, zəhmətkeş zabit kimi dəyərləndırırlər.O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost – tanış, qohum- əqraba, qonşu, ünsiyyətdə olduğu həmkarları və üzvü olduğu böyük ailəsi arasında özünə layiq hörmət qazanıb .
Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əməl edilməsi, Hərbi (Polis) Andın,hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində mayor Habil Həmidov bir çox hərbi qulluqçulara və polis əməkdaşlarına şəxsi nümunə olmuşdur.
Mayor Həmidov Habil Həmid oğlu öz xidməti, ictimai vəzifələrini, hərbi hissə və daxili İşlər orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, DİN-in Baş Mühafizə İdarə (BMİ) rəisinin, DİN-in BMİ-nin Qəbələ rayon mühafizə şöbə rəisinin, hərbi hissə komandirinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB ) sədrinin, AVMVİB Qəbələ rayon şöbə sədrinin müvafiq əmirləri ilə bir sira, əla xidmətlərə görə əlacı döş və yubiley nisanları ilə təltif olunub, bir çox fəxrı fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.“Qüsursuz xidmətə görə” 1- dərəcəli medal ilə - Silahlı Qüvvərdə 20 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə “ 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə ğörə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
5. “Böyük Zəfər” medali ilə;
6.”Müharibə Veteranı” medalı ilə ;
7.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi
(1994 – 2019)” yubiley medalı ılə,
8.”Azərbaycan Ordusunun 100 illiyi (1918- 2018)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK! HABİL!
HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
100 YAŞA, SAĞLAM YAŞA!
Azərbaycan Resıubilkasının Silahlı Qü vələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder