Təbrik: Mayor Faiq Aslanov- 50




Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının  həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, işgüzarlığı,xeyirxahlığı,qayğıkeşliyi,dəqiqliyi,təmkinliyi, vətənpərvərliyi,  sadəliyi, səmimiyyəti,iradi və mənəvi keyfiyətləri    ilə seçilən, Azərbayca  Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı- ehtiyatda olan  mayor  Faiq Aslanovun noyabr ayının 3 - də  dünyaya göz açdığı gündür.
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan mayor Faiq Aslanovu   belə bir əlamətdar   gün münasibətilə  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş   və döyüşcü yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Faiq qoy hər yeni yaşınız  sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz  isə  səni istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.
    
Mayor Aslanov Faiq Mirağa     oğlu  1974-cü ilin noyabr ayının  3 -də Sumqayıt şəhərində zəhmətkeş  ailədə
 anadan olub.
   
1989 - cu ildə  Sumqayıt  şəhər 33 saylı tam orta məktəbi, 1993-ci ildə Bakı  Ümümü Qoşun Ali Birləşmiş Komandirlər Məktəbini,1997-ci ildə Müdafiə Nazirliyinin təlim -tədris mərkəzində zabit heyətinin təhkimləşdirmə kursunu,1999-cu ildə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlətin  ixtisas artırma kursunu, 2000-ci ildə isə Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəblərinin birində xüsusi təynatlı bölmələrin hazırlığı    kurusunu bitrib


1992-2022 - ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi,Zakatala,Lənkaran ,Bərdə rayonlarında və Gəncə  şəhərində yerləşən hərbi hissələrində xüsusi təyinatlı dəstədə qurup   komandiri,xüsusi təynatlı dəstədə kəşfiyyat üzrə zabit, xüsusi təynatlı dəstənin komandiri,hərbi hissənin  kəşfiyyat rəisi vəzifələrində Vətənə  və xalqa  sədaqətlə xidmət  edib.
 
Faiq Aslanov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olmuşdur.

O, Daxili Qoşunlard xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.Hərbu təcrübə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub.Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Qanunvericiliklə müəyyən edilmiş qaydada DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, dövlət əhmiyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış  məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,  qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar zamanı hüquqi rejim tədbirlərin  həyata keçirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Faiq Aslanov idmanla məşğul olmağl ən cox sevir.Hələ uşaqlıq yaşından  bir sıra idman növü üzrə məşğul olduğundan Reslubilka, Daxili Qoşunlar, Daxili işlər nazirliyi və Ölkəmizin Güc Nazirliyi üzrə keçirilən yarışlarda və turnurlərdə dəfələrlə qələbələrə imza atıb. Din-in  Daxili Qoşunların Baş İdarəsinin   yığma komandasının üzvü olub.
    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Baş Nazirin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq sərəncamı və əmrləri ilə bir çox   fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə (pul mükafatları ilə), əla xidmətlərə görə əlaçı   döş  və Daxili  Qoşunların yaranmasının yubiley nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  aşağıdakı medallarla təltif olunub:

1.”Hərbi xidmətlərə görə”medalı ilə;
 
2.”Hərbi xidmətlərə görə” 3-cü dərəcəli medai ilə;

3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin Veteranı” medalı ilə;

4."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)”yubiley medalı ilə;

5."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  90 - illiyi (1918 -2010)” yubiley medalı ilə;

6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”yubiley medalı ilə;

7."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20   təqvim ili  xidmətə görə;

8."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal 
 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

9.”Qüsursuz xidmətə görə” 3 -cü  dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

Hərbi və iş  yoldaşları Faiqi vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN  FAİQ!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının 
  Silahlı Qüvvələr
      və   Müharibə
 Veteranı polkovnik Salman Musayev  

Hiç yorum yok:

Yorum Gönder

Pages